“Yeni ilə qədər Krıma girmək lazımdır” - “Bu nöqtə vurulsa, “xüsusi əməliyyat” məhv olacaq”

“Onlar silsilə qatildirlər. Onlar hər 10 gündən bir vuracaqlar. Bunun üçün onların raketləri var. Bundan çıxış edərək, Moskoviyanı vurmaq lazımdır”. 

“AzPolitika.info" xəbər verir ki, bunu tanınmış iqtisadçı və politoloq Oleq Soskin “Arqument” proqramına açıqlamasında deyib.

Politoloqun fikrincə, Ukrayna Ordusu Rusiyanın raket zərbələrinə döyüş meydanında sərt cavab verməli, Krıma daxil olmağa çalışmalıdır: ”Çox az vaxt qalır. Yeni ilə kimi Krıma girmək lazımdır. Ukrayna Silahlı Qüvvələri Krıma girsə, bütün sistem dağılacaq və Putinin çöküşü başlayacaq. Çünki Krım yarımadası onun üçün və onun terror maşını üçün sakral nöqtədir. Əgər bu nöqtəyə vurulsa, bütün “xüsusi əməliyyat” məhv olacaq”.

“AzPolitika.info”  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar