BİRLƏŞDİR VƏ HÖKMRANLIQ ET! – İrəvanda Əliyevin və Ərdoğanın üçlü sülh görüşü

Zahid ORUC

Mənim orta məktəb illərində sovet ekranlarında hər gün eşitdiyim, lakin SSRİ-nin dağılması ilə yoxa çıxan, dillərdən düşən “Zaqafqaziya” kəlməsinin qaynar və çətin tələbəlik dövrümdə dərinliyini duymadığım amansız geosiyasətin bir parçası olduğunu çox sonralar öyrənəcəkdim. 70 illik ideoloji savaşın qalibləri əraziləri bölməyi və hökm etməyi-Sezarın və Napoleonun fatehliyi, Makiavellinin əsərlərinin baş şüarına çevrilən “parçala və hökm sür” siyasətini yaxşı bacarırdılar. 30 il sonra bir nəfər də tapılmır ki, “Cənubi Qafqaz” ifadəsini ilk dəfə informasiya və siyasi dövriyyəyə kimin yeritdiyini aşkara çıxarsın. Hər halda tədqiqat aparılsaydı, görərdik ki, Qərb strateqləri əvvəlcə Zaqafqaziyanı-Ön Qafqazı mənaca tarixi bütünlüyündən çıxarıb hissələrə ayırdılar, öz iqtisadi, hərbi və siyasi maraqları üçün böldülər, sonra “yol xəritəsi” üzrə müharibələr qaçılmaz oldu. Bir vaxtlar Rusiya imperiyasının qalıqları üzərində Tiflis, Kutaisi, İrəvan, Bakı, Yelizavetpol quberniyaları, Qars vilayəti və Zaqatala dairəsinin ələ keçirilməsi mümkün olan parçasına qədim yunanlar kimi, əvvəlcə ad qoydular. Qalanı artıq təfərrüatdır.

Əlbəttə, Qafqaz unikal fenomendir-burada sağ qalmaq uğrunda daim mübarizə gedir. Belə coğrafi yüksəkliklər imperiyaların hədəfindədir, o üzdən kənardan gələn ideologiyaları öyrənməyə çalışan yerli xalqlar birləşmək əvəzinə daha çox parçalanırlar. Qafqaz Avrasiyanın mərkəzidir, Avropa ilə Asiyanın qovşağıdır, lakin burada özünü siyasi və hüquqi baxımdan avropalı sayanlar həyat tərzləri, ənənələri və qaynar temperamentləri ilə asiyalıdırlar. Belədə dünyanın sivil və perspektivli hissəsi deyilsənsə, əbədi döyüşə bilərsən.

Qafqazlarda daim Rusiyanın təsir dairəsindən qopmaq, ondan ayrılmaq və üzülüşmək üçün təcrübələr aparılır. Bölgəyə ayaq basan hər kəs 90-cı ildən bu yana ən yaxşı layihənin şimala qarşı plasdarm olduğuna qəti inanır. Əvvəlki əsrlərdə Zaqafqaziya Xəzərlə Qara dəniz arasında tarixi yolların qovşağı idi, indi onu qırıb ayrı coğrafiya, fərqli logistika və yarımçıq taleli millətlər inşa ediblər. Ona görə də “Cənubi Qafqaz” terminologiyası meydana çıxandan münaqişələrin episentri dəyişmədi. Son 300 ildə burada dinclik yalnız bolşeviklərin dövründə olub, onda da dava arxa planda, ədəbiyyat, kültür və təfəkkür müstəvisində gedib, hər halda o zaman intervalını çıxsaq, məğrur dağlıları vahid çətir altına yığmaq mümkün olmayıb. Bəs bir-birilə düşmən olan Avropa xalqları 8 əsr ərzində-12-ci yüzildən faşist Almaniyasına qədər 100 milyonlarla həmqitəlisini məhv edəndən sonra sülhə necə gəliblər?

Hər halda Qafqazı birləşdirmək, onu hamının qazanacağı canlı məkana çevirmək layihələri baş tutmayıb. Əvəzində silah daşınan “körpü” rolu onu tərk etmir-Qərblə Şərq, ABŞ və Çin arasında savaş meydanı hamı üçün əlverişlidir. Makedoniyalı İsgəndərin fəth etməyə çalışdığı Qafqazı, ABŞ-ın qoşunlarını çıxardığı Əfqanıstandan bu yana geniş coğrafiyanı potensial nüvə mərkəzitək əldə saxlayırlar.

“Kiçik dövlətlərin siyasəti olmur, onlar icraçıdırlar” deyirdi, qədim yunanlar. İndi hökm və zəmanə dəyişib-ideologiyaları istismar olunan xalqlar hazırlamalıdır. Sağ qalmaq üçün “ağılsız polad” indi işə yaramır. Smart texnologiyalar erasıdır. Keçmişin qovğalar silsiləsinə qayıtmadan burada yaşayan toplumların həyatı ilə bağlı suallara cavab verilməlidir:

• Qafqaz qlobal qurban olmaqda davam edəcək, yoxsa tarixi taleyini dəyişib lənət zolağından çıxacaq?

• Qafqaz qırğınlarını və münaqişələri azaltmağa qadirdimi?

• Siyasi xəritəni dəyişəcək yeni suveren dövlətlər meydana çıxarsa, nə olacaq-Bəlucistan adı məgər, kiməsə nəsə deyir?

Son iki onilliyin təcrübəsi göstərir ki, Qafqaz ölkələrinin yaratdıqları ittifaqların heç biri uzunömürlü olmayıb. Ona görə də regionda "Qafqaz qalası" kimi modellər işləmir. Halbuki Avropa İttifaqının nümunəsi nəyəsə yaraya bilərdi.

• Lakin Qərblə ziddiyyət təşkil edən məxsusi Qafqaz təfəkkürü tam başqadır.

• Halbuki Qafqaz ilk növbədə, qafqazlılar üçündür. Gəlin elə edək ki, burada yaşaya bilək.

İkinci Qarabağ müharibəsinin nəticələri Ukraynada başlayan və 9 aydır davam edən, hələ ki, 93 milyard avroya yaxın hərbi və maliyyə yardımının axıb getdiyi qlobal savaşın bir parçasıdır. Son rəqəmlər Almaniyanın Kil Tədqiqatlar İnstitutu tərəfindən hesablanıb. Müharibəyə qoyulan sərmayə inkişaf etməkdə olan 30 ölkənin birgə büdcəsinə bərabərdir. Elə Cənubi Qafqazın 3 ölkəsinin də birlikdə büdcəsi slav dünyasındakı savaşın hərbi məsrəflərindən 2.5 dəfə aşağıdır.

Bəli, Vətən müharibəsi yeni geosiyasət formalaşdırdı. Türkiyənin rolunun artması fonunda Qərbin 90-cı illərdən buraya yatırdığı milyardlarla dollar investisiya, o cümlədən Gürcüstanda hərbi mövcudluğu yeni Qarabağ davasından sonra sıfırlandı. Üzərindən heç iki il keçməmiş Ukraynaya başlanan hərbi hücumun Qafqazlardakı geosiyasi zəlzələdən təsirləndiyinə şübhə yoxdur. Təsadüfi deyil ki, Çauşesko onu edama aparanların qarşısında ən çox lənəti məhz Qarabağa yağdırırdı. SSRİ-nin dağılmasında tektonik silkələnmə yenidən oyanıb. O üzdən indiki savaşın öz miqyasından qat-qat böyük hərbi-siyasi məna daşıdığını təkcə bir fakt sübut edir ki, Rusiyanın öz satellitinin məğlubiyyətini qəbul etməklə, Türkiyənin müttəfiqinin qalibiyyətinə dözməklə hansı layihəni hazırladığı kiməsə bəlli deyil-bəlkə SSRİ-nin bayraq və simvolları ilə bəzənən tanklar Xarkova Xankəndinə daxil olduğu kimi girməsi vahid ssenarinin tərkib hissəsiydi.

Qafqaz məsələsində artıq təkbaşına oyunçu yoxdur. Monopoliya pozulub. Beləliklə, “Ermənistan silahlı qüvvələrinin regionun ən böyük döyüş qabiliyyətinə malik və ağıllı ordusu olduğunu” bəyan edən Nikol Paşinyanın “vuruşmaq üçün yeni ordu gərəkdir” etirafı və “yeni müharibə, yeni ərazilər uğrunda” deyən nazir Tonoyanın həbsi Vətən müharibəsinin uğurlu nəticəsi olsa da, qlobal “geosiyasi inqilab” 44 müqəddəs günün ən böyük yekunudur. Obrazlı desək, bir vaxtlar ermənilərin təhlükəsizlik zolağı, bufer zonası və yaxud Azərbaycanla sövdələşmə ərazisitək saxladığı boş çöllər təkcə onlara məxsus deyildi, bütövlükdə regionda təsir dairəsini genişləndirməyə çalışan dövlətlərin hər biri üçün təhlükəsizlik yastığı sayıla bilərdi. Qəfil alovlanan dondurulmuş münaqişə o yastığı açıb və növbəti qəza üçün yeni regional müharibə xəritəsi cənuba doğru irəliləyir.

Ermənistan iki ildir ki, məğlubiyyət acısı yaşayır. 1915-ci il qorxuları təzədən oyanıb, beləcə fobiya üzərində siyasət quran və meydanda daha çox gələcəyi deyil, keçmişi təşviq edən qüvvələrin mövqeləri güclənir. Beləliklə, daşnaksütunçular son seçkilərdə az səs toplasalar da, rusyönümlülər zərbəyə məruz qalsalar da, başqa alternativlərinin olmadığını görən xalq “Ümumi Ev” və “Birgə Qafqaz”, Azərbaycanla sülh və əzəli qonşuluq çağırışlarına da şübhə ilə yanaşırlar.

Ermənilər üçün Qarabağ coğrafiya və ana torpaq deyil, daha çox siyasi identiklik yeridir, milli dövləti İrəvanda yox, Avatar kimi Xankəndinə bağlayıblar. Ona görə də birinci Qarabağ müharibəsindəki qələbəsi böyük mənəvi xəzinə və xəyal gücü idi, köləlikdən azad, çoxəsrlik tarixdə imperiyalar arasında istismara qarşı dönüş nöqtəsi sayılırdı. Təsadüfi deyil ki, dövlət quruculuğunda daxili ideallara yox, 30 il əvvəlki qələbəyə istinad edirlər, ona söykənirlər. İndi 44 günlə hər şey alt-üst olub, qələbə təqvimi məğlubiyyətlə əvəzlənib, mənəvi, ruhi miras əldən çıxıb və təzədən 1915-ci ilə qayıdıblar.

Digər tərəfdən, Rusiya ilə ABŞ-ın Ukrayna üzərindən apardığı müharibə Türkiyənin hər iki dövlət üçün əhəmiyyətini daha da artırdı. Ərdoğan Qərb üçün Balkanlarda, Şərqi Avropada Rusiyanı tarazlayır, Qara dəniz hövzəsi, Qafqaz və Mərkəzi Asiyada “balanslaşdırıcı” kimi çıxış edir. Bu əslində soyuq müharibə dövründəki Türkiyənin roluna bənzəyir. Təkcə Varşava paktı çatışmır. Yeni çağırışlar da var-Cənubi Qafqazda gələcək qüvvələr nisbəti İranda başlayan xalq hərəkatının nəticələrindən asılı olacaq.

Bizim coğrafiyanı Böyük Yaxın Şərqin bir parçası sayanlar haqlıdırlar. Ənənəvi konfliktlərin, toqquşmaların uzantısı, eyni aktorların planları hər iki subregionda bir-birini tamamlayır. Ona görə də hazırda Ermənistan-Azərbaycan arasında gedən sülh danışıqları təkcə imzalanan sənədlərin nəticəsi olmayacaq. Rus sülhməramlıların bölgədə varlığı, aktiv hərbi əməliyyatlar halında həmin qüvvələrlə toqquşma yaradır, belə canlı maneə yalnız xalqları prosesə və qalıcı sülhə hazırlamaqla aradan qalxır. Lakin müharibə yaralarının təzə olduğu indiki şəraitdə barış şüarlarını kim irəli sürəcək? Birinci Qarabağ müharibəsindən fərqli olaraq, Rusiya üçün ödənclər indi daha böyükdür. Hər iki xalqın arasında silahla yerləşmək məsuliyyət deməkdir və bütün sərhəd boyu qoşunlarını düzmək də, əsgərlərini çəkib bölgədən getmək də Qarabağdakı daimi sülhdən asılıdır.

Azərbaycanı qlobal toqquşmaların mərkəzinə çevirmək planı ikinci Qarabağ savaşını beynəlmiləllləşdirmək istəyənlərin ssenarisi kimi baş tutmadı. Lakin Liviya və Suriyada üz-üzə qalan Türkiyə və Rusiyanın Ağdamda hərbi müşahidə məntəqəsində birgə missiyasını nəzərə almasaq, iki əzəli rəqibin gələcək konfrontasiyası Azərbaycanı Osmanlı dövründəki kimi qurbana çevirə bilər. Belə riskləri görməmək mümkün deyil. Suriyalaşma qorxusu özündə belə təhlükələri daşıyır. Rusiya-Ukrayna müharibəsi prosesi bir qədər gecikdirdi. Beləliklə, lokal olaraq, Qarabağ məsələsinin həll olunması erməni-azərbaycanlı savaşını qlobal çəkişmə predmeti olmaqdan çıxarmayıb, əksinə Azərbaycan öz qələbəsi ilə yeni burulğanın mərkəzinə düşüb.

Hər halda unutmayaq ki, Rusiyanın Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq, Xankəndi ilə coğrafi sərhədi yoxdur, ona görə də bütün logistikanı və hərbi qüvvələri üçün amunisiyasını Bakı ilə razılaşdırmağa məcburdur. Bu, fərqli perspektiv deməkdir. Doğrudur, Gümrüdəki hərbi bazanı yerindən tərpətmək, yaxud çoxmillətli qüvvələri əraziyə gətirmək regionu məhvərindən çıxarar. Unutmayaq ki, 2025-ci ildə bütün kommunikasiyaları tam nəzarətə götürən Azərbaycan faktiki olaraq, sülhməramlı qüvvələri öz hərbi kontingenti ilə mühasirəyə alır və təkcə Ağdərədə keşik çəkən erməni birləşmələrini deyil, həm də regionu yaxşı tanımayan Volkova-əlbəttə, o zamandək əvəzlənməsə, alternativ seçim yeri qoymur. Lakin başa vurduğumuz ilin sonunda yeni çağırışlara cavab verməliyik: 

• Erməni şovinizmi, dağıdıcı millətçiliyi indi Rusiyaya qarşı yönəlib. Kremlin mərkəzi efir məkanında tonu müəyyən edənləri “arzuolunmaz şəxs” siyahısına alanlar artır və beləliklə, Rusiyanın Ukrayna siyasətinə etiraz edən ermənilərin sayı çoxalır. Ermənistan dünyanın diqqət və yardımını qazanmaq üçün Ukrayna obrazına daha tez-tez əl atır.

• Xankəndinin İrəvan tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınması dünya erməniçiliyinə necə təsir edəcək? Hər halda “miatsum” ideologiyasının parçalanması ilə açılan üfüqlərdən yararlanmağa dair planlara ehtiyac duyulur.

• Azərbaycan erməniləri “sülh müqaviləsi” imzalanandan sonra özlərini necə aparacaqlar? Son dövrlər regiona göndərilən Ruben Vardanyanı iqtisadi, yoxsa hərbi hədəf kimi gördüyümüz aydın olmalıdır.

• Ermənistan öz təhlükəsizliyini yeni ittifaqlara daşıyarsa, əks tədbirlərimiz nədən ibarət olacaq? Ölkəmiz əleyhinə sanksiyaların gündəmə gətirilməsi heç də təsadüfi deyil. Ermənistanı Saakaşvili Gürcüstanı kimi Qafqazın “demokratiya adası” roluna hazırlayanların Qarabağ planı üçün əlverişli müstəvi və tanıma qərarı, ideoloji zəmin yaradılması diqqətdən kənarda qala bilməz. Cavab tədbirlərinə hazırıqmı?

• Əgər Liviya-Suriya, yəni Böyük Yaxın Şərq matrisində vəziyyət tarazlıqdan çıxarsa, o zaman hadisələrin bizim regiona təsiri necə olacaq? Türkiyənin başlatdığı “Pəncə-qılınc” əməliyyatı Rusiya, İran və ABŞ-la razılaşdırılmayıb və nəticələr Qarabağa da təsir edə bilər. Bizim siyasi elitamızın cəmiyyətə mesajları hazır olmalıdır.

• Ukrayna cəbhəsində vəziyyət geostrateji seçim tələb edəcək. Belə vəziyyətdə, qalib Azərbaycanın Türkiyə ilə birgə Alyansda yer alacağına şübhə yoxdur. Son hərbi təlimlər dünyaya açıq mesajlar verir.

• İran daxilində yetişən etiraz nüvəsi partlayarsa, o zaman cənubdan gələn qəlpələr Avrasiya qitəsi üçün təhlükəli etnik-separatçı subyektləri meydana çıxara bilər. İrandakı milli hərəkata dair aydın konsepsiyamız olmalıdır, eləcə də strateji xəritələri hazırlamağı bacaran siyasi komando xüsusi təyinatlı qüvvələr qədər vacibdir. Doğrudur, İranda vahid siyasi qüvvə və lider yoxdur. Misirdən fərqli olaraq, burada qapalı teokratik sistem mövcuddur və ömürlük taxt-taca əyləşən ruhani rəhbərə baxmayaraq, mürəkkəb istismar aparatı ölkəyə hökmranlıq edir. O üzdən qanlı proseslər genişləndikcə regional təhlükəsizliyə təhdidlər yaranır.

• Zəngəzur koridorunun açılması təkcə 200 km-lik məsafəyə qənaət yaratmır-əlbəttə, yolun qısalığı logistika imperiyaları üçün qızıl qaydadır, lakin Vətən müharibəsindən sonra növbəti geosiyasi və geoiqtisadi təlatüm yaradacaq dəhliz və qovşaqlar Qərbə çıxış yolu bağlanan Rusiyanın maraqları ilə sinxronluq təşkil edərək Azərbaycandan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına cəmiyyəti və iqtisadi qüvvələri hazırlamağı tələb edir. Prezident Əliyev inamla, ona xas ötkəmlik və hökmlə bəyan etdi ki, Rusiya nümayəndələri ilə danışıb və açılmaya müqavimət göstərmək ermənilərin gücündə deyil. Xatırladaq ki, Zəngəzurdan Türkiyənin əsas iqtisadi rayonlarına məsafə 610 km, Bakı-Tiflis-Qarsla isə 830 km-dir.

• Qarabağ cəbhəsində sınanan İsrail silahlarını İranla müharibənin baş məşqi adlandırırlar. Müstəqillikdən 30 il sonra Azərbaycana Qərbin forpostu və İrana qarşı yüksəkdəqiqlikli silahların tətbiq bazası kimi yanaşanlarla davranışlarımız necə olacaq? İranın Şahab raketlərindən qorunmaq üçün HİMARS, ASAMS texnologiyalarını anti-Tehran koalisiyasına kim verəcək?

• Biz hərbdə 4-cü nəsil texnologiylarını tətbiq etdiyimizlə haqlı olaraq öyünürük, süni intellekt məhsulları ilə göylərdəki ordumuzun gücünü yerlə birləşdirməyin fəxarətini yaşayırıq, lakin kənd təsərrüfatı və iqtisadiyyatda sənaye inqilabı etməmişik. Elmimiz və akademiyalar ordudan geri qalır. Halbuki əksinə olmalıydı. Bizim ön cəbhəmiz sayılan texnogəncliyimiz hazır deyil və böyük coğrafiyalar, vahid xalq üçün hələ çox işlər görülməlidir. Qələbəmizin ixracı bütün resursları hazırlamağı tələb edir.

• Sülh danışıqlarında monopoliya yoxdur. Belə vəziyyət xeyrimizədir, yoxsa ziyanımıza? Daha 30 il də danışıqlara hazırıqmı? Yorulmuş xalq həmişə qorxulu olur. Daxili sarsıntılar və qalib elitaya qarşı yeni milli kimlik qazanan cəmiyyətin tələblərinin artdığını gərək unutmayaq.

• Digər bir məsələ, Fransanın Ermənistana hərbi yardımına qarşı önləyici addımlar almaqdır. Təsadüfi deyil ki, fransız parlamentarilərin hər üç qətnamədə silah dəstəyi açıq yer tutur və Makron bədnam müsahibəsində erməniləri tək qoymacağına əmin edir-o zaman alternativlər nədən ibarət olacaq? Region sürətlə silah embarqosundan çıxarsa, Qərb seriyalı, yüksək müşahidə qabiliyyətli və uzaq məsafəli dağıdıcı silahların bölgəyə gəlməsi savaşın radiusunu və itkilərin miqyasını görməyi bizdən tələb edir.

Qardaş Türkiyənin Qafqazlarda-keçmiş sovet məkanında ilk hərbi əməliyyatlara 90-cı illərdən fərqli olaraq, məhz ikinci Qarabağ davasına mənəvi-siyasi yardımının səbəblərindən biri də 2016-cı ildə Suriyada keçirdiyi hərbi əməliyyatlarla İran və Rusiyanı yoxlaması oldu. O zaman Kremlin planlarını dəyişdirməyi bacaran və Qərbin din bayraqlı İŞİD təhlükəsini yox etdikdən sonra Türkiyə 8 noyabrı milli bayram təqviminə daxil edə bilər, çünki siyasi, hərbi və geosiyasi üstünlükləri ona yeni müttəfiqlər və nüfuz qazandırır. İkinci Qarabağ müharibəsinin Türkiyənin regional və beynəlxalq çəkisini artırdığına şübhə yoxdur.

Nəhayət, ekoloqların dövlət siyasətinin önündə Xocalıya getməsi o deməkdir ki, Azərbaycan Laçın koridoruna alteranativ yolu bağlayarsa, Zəngəzur dəhlizini açmaq üçün mühüm təzyiq rıçağı qazana bilər. Lakin bunun təhlükələri də var. 12-14 sentyabr toqquşmlarından sonra ölkəmizə qarşı xarici təzyiqlər heç vaxt olmayacaq qədər artıb. Bir-birinin ardınca qəbul edilən qətnamələr beynəlxalq təşkilatlar müstəvisinə keçirilə bilər. Fransanın məqsədi Frankofoniya, ardınca BMT və ATƏT-də antiAzərbaycan qərarlarını aldıqdan, qələbəmizin legitimliyinə zərbə vurduqdan sonra Qarabağda təhlükəsizlik prosesinə hərbi baxımdan qoşulmaq üçün əlverişli beynəlxalq mühit yaranır. Tarix sanki tərsinə çevrilib-indi qovluqları keçmiş qaliblər toplayır-rollar dəyişib.

O zaman azərbaycanlılar BMT qətnamələrinə sığınırdısa, indi ermənilərin uzun və çətin yolu başlayır. Ona görə də danışıqları 2050-ci ilə qədər uzatmaq təhlükəlidir.

Faktiki olaraq, Rusiya Duması müvəqqəti neytrallıq saxlayır, Bakı-Moskva əlaqələri ehtiyatlı və soyuq müttəfiqlik kimi xarakterizə olunur, ABŞ səfirinin isə ayrılıqda və kollektiv səfərlərdən kənar durması, Konqresin əleyhimizə sistemli hücumları və Yelisey sarayından verilən hökmlər narahatlıq doğurmaya bilməz.

Türkiyənin regionda hərbi cəhətdən möhkəmlənməsi onun NATO-lu müttəfiqlərinin və ümumiyyətlə, hərbi ittifaqın regionla baglı siyasəti ilə uzlaşmır.

Bir daha Parisə qayıtsaq, 2021-ci ildə İrəvan Fransa hərbi kontingentinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi təklifi ilə Makrona müraciət edib. 2021-ci ildə Fransaya səfəri zamanı Paşinyan “Fransanın Ermənistanda varlığının artırılmasında” maraqlı olduğunu bildirib. 10 noyabr birgə bəyanatında Qərb dövlətlərinin imzası olmasa da, Brüssel 2021-ci ildən başlayaraq, siyasi meydanda itirdikləri mövqeləri bir-bir geri qaytarır. Avropa Birliyinin 5 milyard avroya yaxın vəd etdiyi yardım paketi danışıqlara qayıtmağın təzminatıdır, onların masaya, beləliklə tərəflərə təsir imkanına, oyun quruculuğuna kart-blanş verir. Onsuz da elə əvvəldən plan beləydi, ABŞ və Fransa müəyyən mərhələdən sonra prosesə qoşulacaqdılar. Praqa görüşündən sonra Emmanuel Makronun müsahibəsi Azərbaycanı sərt addımlar atmağa məcbur etdi. Lakin İlham Əliyev Brüssel platformasını tam qapatmaq fikrində deyil. Bu halda Moskva və İranın təzyiqləri qarşısında yalnız bir lövhədə oynamaq vəziyyəti yaranardı.

Qərb isə həlledici təklifləri vermədən, şahmat masasında əsas fiqurları oyundan çıxarmaqla məşğuldur. Rusiya və Türkiyənin hərbi-siyasi mövqelərinin Azərbaycanda güclənməsinin alternativində Avropa Birliyinin məlum iqtisadi planlarından savayı son həftə ölkəmizin Müdafiə Nazirliyi Baş Qərargah rəisinin ABŞ-a səfəri və onun Vaşinqtonda hərbi rəhbərlərlə geniş spektrli görüşləri mühüm hadisədir. Əlbəttə, belə siyasi gedişlə rəsmi Bakı təkcə gərginlik zolağına daxil olduğu cənub qonşusunun təzyiqlərinə Atlantik okeanının o tayından dəstəklə cavab verməyə çalışmır, eləcə də Əliyev kimi lider Ağ Evlə planlarından Rusiya və Ermənistanla qarşıdakı çətin sınaqlarda da yararlanacağına şübhə yoxdur. Lakin Amerikanın Qarabağa yardımları fonunda İrana qarşı Azərbaycanı forposta çevirmək planı açıq görünür.

Əgər müharibədən sonra İran Rusiyanın Qarabağda sülhməramlı missiyasını alqışlayırdısa, indi Ukrayna cəbhəsində ilişib qalan və “Şəhid” raketləri ilə vəziyyəti tarazlaşdırmağa çalışan Moksvaya öz həlledici köməyindən istifadə edib Azərbaycanla sərhədlər, danışıqlar məsələsində həlledici rol almağa çalışır. İran Suriyadakı kimi istərdi ki, Avrasiyanın üç nəhəngi-Rusiya və Türkiyə ilə birgə Qərb planlarına qarşı olduqları, əsas hərbi qərarları verdikləri kimi, Ermənistan-Azərbaycan cəbhəsində də vahid mövqedə hərəkət edərdilər.

Başqa bir məqam, Ermənistan Gürcüstanın yolunu gedərək üzünü tam Avropaya çevirərsə, onda Qafqazda iki dövlətin hesabına Avroatlantik ittifaqın çəkisi artır və hərbi-siyasi balans dəyişir. İrəvanda anti-Rusiya etirazlarının güclənməsi erməniləri təkcə ön cəbhə statusundan çıxarmır, həm də ənənəvi çoxəsrlik erməni-rus ittifaqı dağılacağı təqdirdə, Armen Sərkisyanın dediyi kimi, “kiçik ölkə, dünyəvi millət” matrisinə uyğun olaraq, Qərbin Qafqazdakı forpostu güclənir. Bundan ötrü ermənilərin gürcülərdən daha üstün resursları var.

Yekunda, bəli, 44 günlük müharibə böyük geosiyasi inqilabdır, ənənəvi qüvvələri yenidən regionu qazanmağa və postmüharibə arxitekturası qurmağa vadar edir. Lakin 26 il sürən status-kvonun dəyişməsi Azərbaycanın parlaq qələbəsi olmasına rəğmən yeni və dayanıqlı geosiyasi arxitektura hələ qurulmayıb, o üzdən diplomatiyada atəşkəs deyil, şiddətli savaş gedir. Hər gün mövqeyini qorumaq tələb olunur. Mənə görə, Türkiyə və Azərbaycan sərhədlərin açılmasına getməməklə prosesi xeyli gecikdirir və təşəbbüsü əldən verirlər. “Vaşinqton və ya Rusiya planı” strateji vizionumuzla qətiyyən səsləşmir və bizim layihələr ola bilməz. Artıq informasiya məkanı işğal olunub. Biz təşəbbüskar aktivliyi-yeni geosiyasət birinciliyini başqalarına verə bilmərik. Halbuki üç dövlətin rəhbərləri ayrılıqda görüşə bilərdilər.

Türkiyə prezidentinin sözçüsü İbrahım Kalın son müsahibəsində Ermənistanla sərhədlərin açılması üçün körpülərin təmirindən, gömrük-buraxılış məntəqəsinin hazırlığından və birgə nahardan danışaraq, sülh müqaviləsinin tək şərtinin üçtərəfli görüşlər olduğunu deyib. Dövlət rəhbərlərinə yaxın yüksək ranqlı bir məmurun Ankara və Bakının İrəvanla birbaşa təmaslara keçməsini söyləməsi vasitəçilərin planlarını pozmağın tək yoludur. Qələbədən sonra Moskva, Brüssel, Soçi və Praqada aparılan danışıqlar göstərdi ki, moderatorlara sülh yox, Qafqazlarda hökmranlıq gərəkdir. Ona görə də Ermənistanı İran, Rusiya, Fransa və Amerikanın əlindən almaq Şuşanı azad etmək qədər mühüm vəzifədir.

Tarixin absurduna baxın, Hollandiya və Fransa parlamentlərinin qətnamələrini heç Ermənistan özü qəbul etməyib. Günün birində Cozef Baydenlə İbrahim Rəisi görüşüb Qarabağda vasitəçilikdən danışsalar, təəccüblənməyin. Ukraynanın torpaqlarının müdafiəsinə 93 milyard avroya yaxın silah və maliyyə yardımı ayıran, Krımı qaytarmağı tələb edən NATO üzvlərinin Qarabağa müstəqillik çağırışı ərazi bütövlüyünə və hüquqa həqarətdir. Onlara baxanda Paşinyan dost ölkənin rəhbəri kimi görünür. Adam 4 ildir ki, keçmiş prezidentlərdən xalqımızın intiqamını alır və işğala görə utanır, üsyan edir ki, ikinci dövlət avantürası “ermənisiz Ermənistan” deməkdir.

İrəvan parlamentində Azərbaycanla bağlı ədalətli və heç vaxt görünməmiş bəyanatlar səslənir. Məsələn, “beynəlxalq ictimaiyyət bizə kömək etməyəcək, 2020-ci ilin səhvlərini təkrarlamamalıyıq, Qarabağ məsələsində “planka”nı aşağı salmalıyıq, əks halda onlara ümid bəsləməməyi xahiş edirlər, biz sənədi imzalayacağıq, çoxları bizi söyəcək, satqın adlandıracaq, hakimiyyətdən qovacaqlar, lakin nəticədə Ermənistan öz 29.840 kvadrat kilometr ərazisi ilə davamlı sülh əldə edəcək" sözlərini xatırlatmaq kifayətdir.

Ona görə də xaricdən siyasi hücumlara və təzyiqlərə ən yaxşı cavab Əliyevin və Ərdoğanın İrəvanda üçlü sülh görüşüdür. Danışıqları kənar müdaxilə və qəsdlərdən qorumağın ayrı yolu yoxdur. Gedib Hindistandan raketlər alan dövləti inandırmalıyıq ki, erməniləri strateji silahlar yox, Azərbaycan və Türkiyənin zəmanəti xilas edə bilər.

6 oktyabrda Praqada Ərdoğan-Paşinyan görüşü 100 ilin düşmənçiliyinə, qorxu və nifrətinə son qoymaq üçün ilk addım oldu. Özü də üç dövlət rəhbərinin kənar vasitəçilərə və paytaxtlara ehtiyacının olmadığını tarix də sübut edir. 1921-ci ildə Atatürk, Nərimanov və Lukaşinin tapşırığı ilə yüksək təmsilçilər dəfərlərlə görüşüb Qars müqaviləsini hazırlamışdılar. Türkiyə olmasa da, Heydər Əliyevlə Köçaryan 1999-cu ildə sərhəddə görüşmüşdülər.

Ona görə regionda barış üçün hər iki xalqın istənilən təşəbbüsünün xarici mərkəzlər tərəfindən linç edildiyini görməliyik. Milli informasiya məkanına yüzlərlə xəbər və kontentlərlə sosial gündəmi formalaşdıran onlarla casus şəbəkələri var. Bir sözlə, Praqadan, yaxud Soçidən yaxın və təhlükəsiz şəhərlər Bakı, İrəvan və Ankaradır. Ərdoğan və Əliyevin üç ölkənin paytaxtında Paşinyanla görüşləri danışıqları 2050-ci ilə qədər uzatmamaq, tarixi ədalət və sülhü təmin etməyin yeganə yoludur. Xalqar əbədi müharibə və düşmənçilikdə yaşaya bilməz.

Biz savaşla Şuşanı, sülhlə İrəvanı qazanacağıq.

Biz savaşı qazanıb “kiçik Ermənistan” yaratmışıq.

Təbriz, İrəvan və Bakını tarixdə olduğu kimi, heç olmasa indi iqtisadi-ticari arteriyalarla birləşdirmək üçün İlham Əliyev bütün xalqların lideri olmalıdır!

Düşmənin ideyalarını əlindən almaq gərəkdir.

Ona görə də qədim romalıların getdiyi yolla deyil, üzərindən ən azı iki min il keçəndən sonra dövlət və millət kursumuz, “birləşdir və hökmranlıq et” olmalıdır!

Yox, imperiya qurmağı təklif etmirik!

635x100

Şərhlər

N.Seyfeli. 2022-12-06 23:44:29

Yorucu cumleler, mucerred sozler; qisa, xalq dilide izah etmek olardi.

korrektor 2022-12-06 16:21:31

Çox güclü yazıdır. Bu fenomenal yazı yol xəritəsi ola bilər.

Son yazılar


Новости

Обзор на EPOS GTW 270 Hybrid

Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price