Gürcüstanda İŞİD-in nüfuzlu üzvü həbs olunub - FOTO

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) İŞİD terror qruplaşmasının nüfuzlu üzvünü həbs edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan DTX-nin məlumatında bildirilib.

Qeyd olunub ki, qurumun Anti-terror Mərkəzinin əməkdaşları əldə edilmiş sübutlar əsasında Gürcüstan vətəndaşı, “Əmir İsa” kimi tanınan Tsitskara Toxosaşvilini Tbilisi Beynəlxalq Hava Limanında həbs edib. Onun Yaxın Şərqə gedərək İŞİD terror qruplaşmasına qoşulduğu, terror aktlarında, Suriya və İraq ərazisində aparılmış döyüş əməliyyatlarında aktiv iştirak etdiyi bildirilib. Tsitskara Toxosaşvilininin eyni zamanda, münaqişə zonasında terror təşkilatının bölmələrindən birinə rəhbərlik etdiyi, İŞİD-in nüfuzlu liderləri ilə yaxın əlaqələri olduğu açıqlanıb.

Tsitskara Toxosaşviliyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin xarici terror təşkilatına qoşulmaq və terrorçuluq fəaliyyətlərinə yardımı nəzərdə tutan müvafiq maddələri ilə cinayət işi açılıb.

Məlumatda o da qeyd olunub ki, 2019-cu ildə aparılmış əməliyyat nəticəsində Tsitskara Toxosaşvilinin kiçik qardaşı, “Əmir Əl-Bərə Şişani” kimi tanınan Sezar Toxosaşvili də terrorçuluq ittihamı ilə həbs edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar