OMON-un Moskva bazarında saxladığı azərbaycanlıların sayı açıqladı

Rusiya OMON-un azərbaycanlıların kütləvi şəkildə alver etdikləri “Teplostan” topdansatış mərkəzinə basqın etməsi və 200 azərbaycanlının saxlanılması dünən Azərbaycanda da geniş rezonans doğurdu.

Amma Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm Modern.az-a açıqlamasında 200 nəfər azərbaycanlının saxlanılması faktını inkar edib.

“Rusiya qanunvericiliyinə əsasən, müvafiq dövlət orqanları tərəfindən qeyri-leqal miqranatlarla bağlı mütəmadi reydlər keçirilir. Dünən də növbəti reyd keçirilib. Yayılan xəbərlərdə qeyd olunduğu kimi, Moskvada 200 azərbaycanlı saxlanılmayıb. Saxlanılanlar ən çox başqa ölkələrin, Orta Asiya dövlətlərinin nümayəndələridir”.

E.Miraləm reyd zamanı 22-23 azərbaycanlının saxlanıldığını bildirib. “Onların da sənədləri yoxlanılır. Əgər sənədlər tamdırsa, o zaman sərbəst buraxılacaqlar. Sənədləri tam olmasa düzəltməyi tələb edəcəklər, əks təqdirdə ölkədən deportasiya olunacaqlar”.

Az öncə əldə etdiyimiz xəbərə görə, azərbaycanlıların kütləvi şəkildə alver etdikləri bazarlara OMON-un basqını bu gün də davam edib. Xüsusi təyinatlılar bu gün “Moskovreçski” bazarına basqın ediblər. Bu barədə Modern.az-a bazarda ticarətlə məşğul olan soydaşlarımız məlumat verib. Hazırda basqının davam etdiyini deyən azərbaycanlılar bildiriblər ki, OMON 300-ə qədər adamı həbs edib.

“Basqın davam edir. Hamını-arvadlı-kişili avtobuslara doldururlar” –deyə soydaşlarımız bildiriblər. Hələ dünəmdən OMON –un “Moskovreçksi” bazarına hücuma hazırlaşdığı barədə məlumatlar yayılıb. Xəbərdən panikaya düşən bazarda ticarətlə məşğul olan azərbaycanlılar mallarını başlı-başına qoyaraq oradan qaçıblar. Moskva bazarlarından dünəndən başlanan yoxlamalar “etnik zəmində cinayətkarlıqla mübarizə” adı altında aparılır. Buna əsas olaraq 15 yaşlı qızın zorlanması və pedofilin bazarda gizlənməsi barədə hüquq – mühafizə orqanlarına siqnalın daxil olması götürülüb. Dünən zorlama faktında şübhəli bilinən Dağıstan vətəndaşı polis tərəfindən həbs edilsə də, bazarlarda yoxlamalar davam edir. Qəribədir ki, Azərbaycanın Rusiyadakı səfirliyi, Ümumrusiya Azərbaycanlıları Konqresi və “Azərros” bazarlarda 3 gündür davam bu etnik yoxlamalarla bağlı heç bir münasibət bildirmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar