“Çingiz Aytmatov: Mən Manasın oğluyam” adlı kitab nəşr olunub

Türkdilli dövlətlərin siyasətinə dəstək fondu Böyük qırğız yazıçısı Çingiz Aytmatovun 85 illiyi ilə əlaqədar olaraq qırğız dilində “Çingiz Aytmatov: Mən Manasın oğluyam” kitabını nəşr etdirib.

Bu barədə Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov məlumat verib.

Kitabda Nizami Cəfərov, Anar, Lui Araqon, Süleyman Dəmirəl, Bəxtiyar Vahabzadə, Ali Akbaş, Şahmar Əkbərzadə, Muxtar Şahanov kimi müəlliflərin məqalə, müsahibə və şeirləri öz əksini tapıb.

Kitabı qırğız dilinə tanınmış şair-tərcüməçi Mukan Asanəliyev tərcümə edib.

Qeyd edək ki, 14-16 noyabr tarixlərində Bişkekdə dahi yazıçının 85 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək. Bu zaman barəsində söz açdığımız kitabın da təqdimatı keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar