MOSKVA QƏRBƏ NÜVƏ TƏHDİDİNİ ARTIRIR – Krımdakı nüvə raketlərini nəyə xidmət edir?

Ukraynanın şərq sərhədləri yaxınlığındakı rus hərbi bazalarının möhkəmləndirilməsinə sərt şəkildə reaksiya verən amerikalı general Filipp Bridlav (NATO komandanı), Rusiyanın strateji nüvə raketləri ilə təchiz edilmiş hərbi hissələrinin Krımda yerləşdirildiyini bildirib. Ancaq NATO–nun baş komandanı ilhaq edilmiş bu yarımadada taktiki nüvə silahlarının yerləşdirilib-yerləşdirilməməsi barəsində isə dəqiq məlumata sahib deyil (Strateji nüvə raketləri taktiki nüvə raketlərindən uçuş məsafəsinə və zərbə qüvvəsinin dəqiqliyi və təsir masştabına görə fərqlənir).

Belə bir iddia ortaya atılır ki, 14 avqust tarıxində Vladimir Putin nüvə başlıqlı taktiki “İskander” raketlərinin və “Tu-22” bombardmançı təyyarələrin Krımda yerləşdirilməsinə göstəriş verib. 2013-cü ildə Kalininqrad vilayətində bi tipdən olan raket komplekslərinin peyda olması qonşu ölkələr - Polşa və Litvanın ciddi narahatçılığına səbəb olmuşdu. Avqust ayının sonunda Putin Rusiyanın nüvə statusunun gərəkli bir məsələ olduğunu xatırladaraq deyirdi: ”Rusiya dünyada ən güclü nüvə potensialı olan dövlətlərdən biridir...”

Son illər Avropa öz müdafiə siyasətində nüvə güclərinin rolunu azaldır. Ruisya isə bunun tamamilə əksinə hərəkət edir. Rusiyanın 2010-cu ildəki hərbi doktrinasına əsasən, regional böhranlar da daxil olmaqla, əgər hər hansı münaqişə zamanı qüvvələr nisbəti Rusiyanın əleyhinə çevrilərsə, onda onların düşmənə qarşı dəqiq nöqtəvi taktiki nüvə zərbələri endirməsi nəzərdə tutulur. Digər tərəfdən isə, Rusiya hərbi təlimlər zamanı taktiki nüvə silahının atəşlənməsi üçün gərəkli olan raketlərdən istifadə edir. Vəziyyətin bu cür olması qorxu atmosferi yaradır. Həm də ki, hazırda Ukraynadakı müharibə yenidən qızışmağa başlayıb. Dekabr ayında Moskva yeni hərbi doktrina qəbul edəcək. Həmin doktrina Rusiya və NATO-nun indiki münasibətlərindəki gərginliyə uyğun şəkildə tərtib olunacaq. Əgər “İskander” raket kompleksinin Krıma gətirilməsi doğrudursa, onda bu hələ 1987-ci ildə SSRİ tərəfindən imzalanmış orta mənzilli raketlərin ləğvinə dair müqavilənin pozulması deməkdir. Belə raketlər Avropa üçün təhlükə sayılır və rusların bu cür hərəkətləri yəqin ki, gələcəkdə Vladimir Putinin öz qonşularının ərazi bütövlüyünə təcavüz etməyə hazırlaşdığından xəbər verir. Ümumiyyətlə, Kreml Krım yarımadasında raketlərin yerləşdirilməsi vasitəsilə geopolitik sahədəki rəqiblərinə çox güclü siyasi siqnal göndərir.

Strateji Araşdırmalar Fondunun direkroru Kaymin Qranın dediyi kimi, “bu sadə bir simvolik vasitə deyil”.

Fransanın “Beynəlxalaq Münasibətlər İnstitutu”nun strateji məsələlər üzrə direktoru Toma Qor bu haqda bildirib: ””İskander” raketlərinin Kalininqrad vilayətindən sonra Krım yarımadasında yerləşdirilməsi indiki məqamda strateji düşüncənin hansı vəziyyətdə oduğunu göstərir. Oktyabr ayında keçirilən Valday klubu toplantısından sonra biz, Kremlin siyası xəttinin daha da sərtləşərək, gərginlik yaratmağa doğru yönəldiyini müşahidə edirik”.

“Fiqaro”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar