ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qınayıb

Amerika Birləşmiş Ştatları bu gün səhər saatlarında Tehranda Azərbaycan səfirliyinə edilən hücumu pisləyir.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilib.

“Biz Azərbaycan Prezidenti İlham Əliyevin bu qəbuledilməz zorakılığın təcili araşdırılması ilə bağlı çağırışını dəstəkləyirik. Bu gün həlak olan şəxsin və yaralananların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. İstənilən ölkədə diplomatlara və ya diplomatik nümayəndəliklərə qarşı hər hansı hücum qəbuledilməzdir.

Biz İran hökumətinə Cenevrə Konvensiyasına uyğun olaraq İrandakı xarici diplomatları qorumaq barədə məsuliyyətini xatırladırıq”, - deyə bildirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar