“Onları Rusiya üçün təhlükəsiz məsafəyə atmaq istəyirik” - Lavrovdan yeni bəhanə

“Qərb Ukraynaya nə qədər uzun mənzilli silahlar verirsə, onu bir o qədər Rusiya ərazisindən daha uzağa çəkmək lazımdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov “Rossiya24” kanalına müsahibəsində ölkəsinin Ukraynaya qarşı apardığı müharibənin səbəb və məqsədlərini şərh edərkən söyləyib.

Jurnalist və teleaparıcı Dmitri Kiselyova danışan Lavrov deyib ki, Rusiya Ukrayna Ordusunu öz ərazisinə təhlükə yaratmayacaq məsafəyə qədər uzaqlaşdırmaq niyyətindədir. Bununla yanaşı, Rusiya XİN başçısı “Rusiya ərazisi” deyərkən haranı nəzərdə tutduğunu açıqlamayıb.

Donetsk və Luqanskdakı çoxsaylı itkilərlə müşayiət olunan ağır döyüşləri şərh edən Lavrov bildirib ki, rus ordusunun məqsədi “öz işini görmək və itkiləri minimuma endirməkdir”.

Lavrov yenə guya Kiyev hökumətinin Ukraynada yaşayan rusların tarixini, mədəniyyətini, dilini və s. məhv etmək niyyətində olduğu üçün müharibəyə başladıqlarını söyləyib və bildirib ki, rus qoşunları “rus mədəniyyətinin bir hissəsi olmaq istəyən insanların maraqlarını qorumaq üçün” savaşırlar.

Xatırladaq ki, Ukraynaya qarşı işğalçılıq savaşı başlayan gündən bəri Rusiya rəhbərliyi bu işğalı müxtəlif səbəblərlə və məqsədlərlə əlaqələndirib və bunları tez-tez dəyişib. Müharibənin ilk günlərindəki “denasifikasiya” və “demilitarizasiya” bəhanələri isə artıq demək olar ki, yada salınmır.

C.Məmmədov

“AzPolitika.info” 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar