Döyüşlərdə Rusiyanın 306 motoatıcı birliyi darmadağın edilib

2022-ci il fevralın 24-dən bəri Rusiya ordusu Ukraynada 9 mindən çox hərbi texnika itirib.

“AzPolitika.info" “Unian” agentliyinə istinadla xəbər verir ki, analitiklər bu rəqəmə yalnız məhv edilməsi foto və videolarla təsdiqlənən avadanlıqları daxil ediblər.

Araşdırmada qeyd olunur ki, işğalçılar ümumilikdə 5694 texnika itirib, onlardan 242-si zədələnib, 2759-u qənimət kimi götürülüb. Başqa sözlə rusların döyüş meydanında 306 motoatıcı birliyi darmadağın edilib. İtirilmiş texnikanın 1671-i tanklardır, onların 989-u məhv edilib, 545-i isə qənimət götürülüb.

Araşdırmada bildirilir ki, Ukraynada məhv edilmiş texnikanın sayı qeydə alınandan xeyli çoxdur. Atıcı silahlar, tank əleyhinə sistemlər, MANPADS, minaatanlar, pilotsuz döyüş sursatları, pilotsuz uçuş aparatları, mülki avtomobillər, qoşqular və atılmış digər hərbi texniki avadanlıqlar bu siyahıya daxil edilməyib.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar