AST Telman Şakiranı “Azərbaycan” mahnısına oynatdı– VİDEO

AST Telman kimi tanınan azərbaycanlı milyarder Telman İsmayılovun müflisləşməsi və kredit götürdüyü bank tərəfindən girov qoyulan mülklərinin əlindən alınması xəbərinin ardınca iş adamının maraqlı videoları yenidən gündəmə gəlib.

Axar.az-ın məlumatına görə, yayılan görüntüdə əyləncəyə meylli və qeyri-adi şənlənmə yolları axtarıb tapmaqla ad çıxaran azərbaycanlı milyarderin dünya şöhrətli Şakira ilə ad günündə “Azərbaycan” mahnısının sədaları altında rəqsi əks olunub. Bu zaman isə kimlərsə onların ayaqları altına dollarlar atırlar.

Qeyd edilir ki, həmin ad günündən Şakira 6 milyon dollar pul aparıb. Bu səhnədən isə həm İsmayılov, həm də Şakira məmnundular.

Xatırladaq ki, Telman İsmayılovun Azərbaycan Beynəlxalq Bankından götürdüyü krediti qaytara bilməməsi səbəbindən Türkiyədəki məşhur oteli “Mardan Palace” də daxil olmaqla, bir neçə mülkinə əl qoyulduğu iddia edilir. Amma yayılan xəbər “Kommersant” qəzetinin iddiasıdır, Beynəlxalq Bank bu barədə məlumatı hələ ki, rəsmən təsdiqləməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar