Türk xalqı səfərbər olur - Məşhurlar zəlzələ qurbanlarına milyonlarla yardım toplayır

Anadolu Xalq və Sülh Platforması (AHBAP) vasitəsilə Kahramanmaraş və Elbistanda zəlzələdən zərər çəkənlərə yardım toplayan sənətçi Haluk Levent yardım edən məşhur isimləri açıqlayıb.

Levent bildirib ki, həmrəylik adına ilk çağırışa qoşulan məşhur aktyor Kıvanç Tatlıtuğ 200 min lirə yardım edib.

“Ardından Merih Dəmiral zəng edərək 1 milyon lirə başladı”, - o qeyd edib.

Haluk Levent daha sonra zəlzələ qurbanlarına dəstək verən başqa məşhurlar və şirkətlər haqqında məlumat verib: “Əziz qardaşım Murat K. 325 min 646 dollar, Mert Hakan Yandaş 200 min lirə, əfsanəvi futbolçular Hakan Balta və həyat yoldaşı Derya Balta 300 min lirə, müğənni Mustafa Ceceli 200 min lirə, Emre Kılınç 150 min lirə, Papara isə 2 milyon 500 min lirə hədiyyə etdi".

Haluk Levent daha sonra iş dünyasından yardım edən şirkətlərin, elcəd də bəzi sənətçilərin adlarını çəkib: "Mirzaoğlu Holdinq 1 milyon, aktyor Burak Dəniz 150 min, əziz qohumum Edis Görgülü 400 min lirə ianə verdi. Burak Yılmaz 300 min, Levent Ağan 300 min, Selcoin 200 min, Uğur Denizcilik 500 min lirə bağışladı.

“TikTok Türkiyə” 100 min dollar, Nevzat Aydın 1 milyon, Gözde Akpınar 1 milyon, Fatih Koparan 100 min, Celil Nalçakan 100 min lirə, dil məktəbləri “Just English Language Schools” 200 min dollar hədiyyə edib.

Bundan başqa qardaşım Kadir Tastan 100 min, “Personal Nəşrləri” 200 min lirə bağışladı".

Qeyd edək ki, zəlzələ qurbanlarına yardımlar davam edir, Türkiyə şirkətləri, iş adamları, tanınmış incəsənət xadimləri bu kampaniyanın önündə gəlirlər.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar