Kolbasa istehsalına dair iyrənc faktlar

“Azərbaycanda kolbasa məmulatlarının istehsalı ilə məşğul olan bəzi müəssisələr məhsulun tərkibinə heyvanın baş ətini, hətta dərisini və dilini də qatırlar”.

Bunu virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Təşkilat rəhbəri söylədi ki, kolbasa bazarındakı məhsulların 50 faizi standartların tələblərinə uyğun istehsal edilməyib: “Təşkilatın apardığı araşdırmalar göstərir ki, kolbasa məmulatlarının istehsalı ilə məşğul olan 6 müəssisədən yalnız 2-də standartların tələbinə əməl edilib. Digər 4 müəssisənin məhsulları isə istifadəyə yararsızdır. Bəzi müəssisələrdə kolbasanın tərkibinə qatılan ətin heç mənşəyi də bəlli olmur”.

E.Hüseynov məhsul alarkən reklamlara aldanmamağı tövsiyə edir: “Bəzi müəssisələr istehsal etdiyi məhsulları reklam edir. Amma aralarında istifadəsi təhlükəli olan zərərli və iyrənc məhsullar da var. Buna görə də seçim edərkən diqqətli olmaq lazımdır. AİB Amerika Birləşmiş Ştatlarının İnkişaf Agentliyinin proqramı əsasında ərzaq mallarına keyfiyyət nişanı verir. Biz kolbasa istehsalı ilə məşğul olan şirkətlər arasında yalnız 2-nə keyfiyyət nişanı verəcəyik”.

Qeyd edək ki, “Ət və Ət Məhsulları İstehsalçıları” İctimai Birliyi noyabrın 11-də yaydığı açıqlamada yerli kolbasa məmulatlarının beynəlxalq standartlara uyğun hazırlandığını iddia etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar