PUTİNİN RƏZİL OLUNMASININ YENİ GÖRÜNTÜLƏRİ - Video

Avstraliyanın Brisban şəhərində Böyük 20-lik sammitində Qərb liderləri tərəfindən Ukraynada baş verənlərə görə sərt tənqid edilən Putini yola salanda da təhqir ediblər. Hava limanınadək Rusiya prezidentini yüksək rütbəli məmurlardan heç kim müşaiyyət etməyib.

Putin isə ola bilsin ki, bu hörmətsizliyə diqqəti çəkmək üçün təyyarəyə minməzdən əvvəl onu müşaiyyət etmiş moto eskortdakı polislərə əl uzadaraq, onlarla sağollaşıb.

Qeyd edək ki, 2 günlük sammitdə dünya liderləri növbəti illərdə dünyanın iqtisadi inkişafı mövzusunda müzakirələr aparıblar.

Rusiya Prezidenti "yatmaq üçün" tədbiri tez tərk edib.

Kanada Baş naziri Harperin sözcüsü Ceyson MakDonaldın məlumatına əsasən, Baş nazir Putinə “Mən düşünürdüm ki, sizinlə əl sıxaraq bu sammitdə görüşəcəm. Ancaq deyiləsi bir söz qalıb: Siz Ukraynadan çıxmalısınız”, deyə bildirib.

Britaniya Baş naziri Devid Kemeron rəsmi Moskvanın Ukrayna böhranını sona çatdırmağa çağırıb və lazim gələrsə, Aİ-nin sanksiyaları artıracağını söyləyib.

Daha sonra Kemeron jurnalistlərə müsahibəsində “Zənnimcə, Böyük 20-lik sammiti Avropa və ABŞ-nin növbəti illərdə Rusiyaya qarşı mövqeyinin açıq şəkildə bildirilməsinə zəmin yaratdır”, deyə bildirib.

“Bizim Ukrayna ilə işimiz yoxdur.” Bu ifadəni isə Böyük 20-lik sammitini erkən tərk edən Vladimir Putin bildirib.

“Biz bura gəlmək üçün Vladivostokdan 9 saat müddətində təyyarədə olmuşuq. Birinci gün geri qayıdırıq, yenə Vladivostoka 9 saat, oradan da Moskvaya 9 saat uçmalıyıq. 4-5 saatlıq yuxu bizim də haqqımızdır.” deyə Rusiya prezidenti qeyd edib.

Putin həmçinin Avstraliya Baş naziri Toni Ebbota dəvətə görə təşəkkür edib, baxmayaraq ki, MH-17 təyyarəsinin vurulmasında asvtraliyalı Baş nazir Putini sərt şəkildə tənqid etmişdi. Çünki hər kəs həmin təyyarənin üsyançılar tərəfindən, məhz Rusiyanın ötürdüyü raketlə vurulmasına əmindir. Rəsmi Moskva isə hadisədən özünü məsul görmür.

AzPolitika.info Putinin moto eskortdakı polislərlə sağollaşmasının videosunu təqdim edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar