Vurulan Malayziya təyyarəsi ilə bağlı şok kadrlar yayıldı- VİDEO

«Malaysian Airlines» aviaşirkətinə məxsus Boeing 777 sərnişin təyyarəsinin Ukraynanın şərqində, Donetsk şəhərinin yaxınlığında vurulmasından 4 ay sonra Associated Press agentliyi indiyədək heç bir yerdə göstərilməmiş videonu yayıb.

Milli.Az ABC News-a istinadən bildirir ki, video Qrabovo kəndinin yaxınlığında, sərnişin təyyarəsi yerə düşəndən az sonra çəkilib.

Yerli sakinlər ilk-əvvəl Ukrayna Hərbi-Hava Qüvvələrinin təyyarəsinin vurulduğunu düşünüblər.

Kadrdakı kişilərdən biri yerdəki çoxsaylı təyyarə qırıntılarını görəndən sonra «Neçə təyyarə vurulub?!» soruşanda «Cəmi bir təyyarədir» deyiblər.

Donetsk yaxınlığında vurulmuş təyyarə ilə bağlı durumu Hollandiya ekspertləri araşdırırlar.

Noyabrın 16-da Boeing-in qalıqlarının Donetsk vilayətindən daşınmasına başlanıb.

«Malaysia Airlines» aviaşirkətinin MH17 reysi ilə Amsterdamdan Kuala-Lumpura uçan Boeing 777 sərnişin təyyarəsi Donetsk yaxınlığında iyulun 17-də vurulub. Təyyarədəki 298 sərnişinin hamısı həlak olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar