Lalə Şövkət Milli Şuradan getdi- ALP sədri İsa Qəmbəri ittiham etdi

ALP Milli Şurada Lalə Şövkəti başqa üzvü ilə əvəz etmək istəyir

"Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazova müraciət etmişəm və bildirmişəm ki, ALP Milli Şurada Lalə Şövkəti başqa üzvümüzlə əvəz etmək istəyir. Bu Lalə xanımın öz iradəsdir və Milli Şurada əvəz olunmağını xahiş edir."

Bunu AzVision.az -a Azərbaycan Liberal partiyasının sədri Əvəz Temirxan deyib. Partiya sədri bildirib ki, məsələni Eldar Namazovla birgə müzakirə edib."Biz fikirləşirdik necə edək ki, Milli Şuraya zərbə dəyməsin. Amma bu gün Səxavət Soltan əslində öz adından yox, İsa Qəmbərin adından Lalə Şövkətin Milli Şuradan çıxarılmalı olduğunu deyib. Çünki Milli Şurada aranı qarışdıran İsa Qəmbərdir. Şurada siyasi liderlərdən birinin seçkiyə getməsinə imkan verməyən də Müsavat başqanı idi. Lalə Şövkət Milli Şuranın yeritdiyi siyasətə dəstək olaraq üzvülüyə razılıq verib. Əslində isə Lalə Şövkət əvəz olunmasını çoxdan istəyirdi.Biz hesab edirdik ki, indiki vaxtda mətbuata çıxartmaq və seçkilərə qədər bunu etmək Milli Şuranın imcinə xələl gətirə bilər. Ona görə də gözləyirdik. Əgər İsa Qəmbərin müşaviri belə danışırsa, Milli Şuranın nüfuzuna zərbə vurur, həm də Cəmil Həsənlinin seçki qabağı təbliğatına zərbə vurur.

Biz bilirik ki, İsa Qəmbər həmişə kiminsə arxasında gizlənir. Çünki o qorxaqdır, cəsarəti yoxdur. Bunu İsa Qəmbərin qorxaq intriqalarının davamı kimi başa düşmək olar. İsa Qəmbər müşaviri vasitəsi ilə belə söhbəti üzə çıxarırsa babalı onun boynuna"- deyə Ə. Temirxan sərt mövqeyini bildirib.

Qeyd edək ki, Müsavat Partiyası başqanı İsa Qəmbərin müşaviri Səxavət Soltanlı gözlənilməz tələblə ilə çıxış edib.S.Soltanlı açıqlamasında ACP lideri Rəsul Quliyevin və ALP lideri Lalə Şövkətin Milli Şuradan çıxarılmasını tələb edib. Müsavat başqanının müşaviri, bildirib ki, L.Şövkət bu günə qədər şəxsən özü Milli Şuranın fəaliyyətini və onun namizədini dəstəkləyən bir bəyanatla çıxış etməyib.

"Lalə Şövkətin Milli Şuradan ayrılması əlbəttə ki, yaxşı hal deyil. Amma biz bir demokratik qurum olaraq Lalə xanımın bu qərarına hörmətlə yanaşırıq". Bu sözləri Avropa.info-ya açıqlamasında Milli Şuranın üzvü Vidadi Mirkamal deyib. Xatırladaq ki, ALP sədri Əvəz Temirxan Avropa.info-ya açıqlamasında Lalə Şövkətin Milli Şuradan ayrlıdığını bildirib.

V.Mirkamal qurumdan yeni qopmaların olmaq ehtimalına da münasibət bildirib: "Getmək istəyənlər hansı bəhanə ilə gedəcək? Belə bir deyim var, getmək istəyirsən, bəhanəsiz get".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar