Hikmət Hacızadə Müsavatdan istefa verdi 

"Bu andan Qaranlıqlarla mübarizəmi təkbaşına davam edəcəm"

Müsavat Partiyasının tanınmış simalarından olan Hikmət Hacızadı bu təşkilatdan istefa verib. Musavat.com bu xəbəri Hikmət Hacızadənin Facebookdakı statusuna əsasən yayır.

İstefa ərizəsinin mətni qısadır və bu cürdür:

"Müsavat Partiyasının Təşkilat Şöbəsinə Hikmət Hacızadədən

İSTEFA ƏRİZƏSİ

Yazıb sizə bildirirəm ki, partiyamızda Söz Azadlığının kobud və birtərəfli pozulmasına və fərqli fikrə düzümsüzlük kampaniyasına etiraz olaraq Müsavat Partiyasının üzvlüyündən istefa verirəm. Partiyada qalan qəlbən azad və fədakar insanlara mübarizələrində uğurlar arzulayıram. Bu andan Qaranlıqlarla mübarizəmi təkbaşına davam edəcəm.

Sayğılarla

Hikmət Hacızadə

Bakı 11.17.2014"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar