"İki gündən sonra Əli İnsanov azadlıqda olacaq” - Vəkil

Sabah - noyabrın 15-də Ali Məhkəmədə Əli İnsanovla bağlı Avropa Məhkəməsinin qərarına baxılacaq. İclasın nəticəsi olaraq Əli İnsanovun azadlığa buraxılması istisna edilmir.

Keçmiş səhiyyə nazirinin vəkili Toğrul Babayevin AzNews.az-a verdiyi məlumata görə, Əli İnsanov özü pleniumun iclasında iştirak etməyəcək və iclas mətbuat nümayəndələri üçün qapalı olacaq: “Əvvəl də belə düşünürdük, indi də belə düşünürük ki, Əli İnsanov azadlığa buraxılacaq. Başqa cür ola bilməz. İki gündən sonra sabiq nazir azadlıqda olacaq”.

Əli İnsanov 2005-ci ildə bir sıra ağır ittihamlarla həbs olunub və 11 il iş alıb. İstər məhkəmə, istərsə də həbs illərində hakimiyyətə qarşı sərt mövqeyini yumşaltmayıb. Təsadüfi deyil ki, bu ilki prezident seçkilərində də çəkinmədəm Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə dəstək verib.

Ə.İnsanov hakimiyyətin iradəsinin əksinə olaraq, Avropa Məhkəməsinin qərarı əsasında azadlığa çıxa bilsə, bu sabiq nazirin böyük uğuru hesab olunacaq. Azadlığa çıxdıqdan sonra siyasi fəaliyyətə başlayacağı halda isə, Əli İnsanov hakimiyyətə həqiqətən də ciddi problemlər yarada bilər.

Bütün bunlara görə Ali Məhkəmənin sabahkı qərarı xüsusi maraq doğurur.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar