Moldova MDB-ni tərk edir

Martın 22-də Moldova hökuməti MDB İqtisadi Əməkdaşlıq Departamenti İcraiyyə komitəsinin şöbə müdiri - Baş direktor müavini Teodor Yovun geri çağırılması barədə qərar qəbul edib.

Moldova Xarici İşlər və Avropa İnteqrasiyası naziri Niku Popeskunun sözlərinə görə, qərar MDB İcraiyyə komitəsinin müavinlərinin təyin olunması və rotasiyası barədə sazişin tələbi əsasında qəbul olunub. Yovu bu vəzifəyə 2020-ci ilin dekabrında təyin olunub.

Bundan əvvəl Popesku təsdiqləmişdi ki, Kişinyov MDB ilə münasibətlərdən tədrici imtina barədə qərar qəbul edib. Onun sözlərinə görə, ölkənin Avropa kursu üçün köhnəlmiş və buna uyğun gəlməyən müqavilələrin dayandırılması barədə MDB birgə layihələrindən tədricən çıxması prosesi gedir.

Moldova Prezidenti Maya Sandu bəyan edib ki, Avrasiya vektoru və MDB çərçivəsində inteqrasiya ölkəyə müvafiq inkişafı gətirmir, bu zaman o, Moldova Respublikasının 2030-cu il üçün Avropa İttifaqına daxil olacağını anons etmişdi (Mənbə: EADaily.com).

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar