Ukraynanın qalib gəlməsi üçün lazım olan dəstəyi verməliyik - NATO Baş katibi
Baxiş sayı:
Dərc olunub:
24/03/2023 - 19:26
"Biz Ukraynaya qalib gəlməsi üçün lazım olan dəstəyi ehtiyac olduğu müddətdə verməliyik".
APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Norveçin Baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Stoltenberq bildirib ki, o, Norveç hökumət başçısı ilə Rusiyanın Ukraynaya qarşı amansız təcavüzkar müharibəsini müzakirə edib.
"Mən Norveçin Ukraynaya əhəmiyyətli maliyyə, humanitar və hərbi yardımını alqışlayıram. Buraya hava hücumundan müdafiə sistemləri, tanklar, artilleriya sursatları və Ukrayna əsgərləri üçün təlim daxildir. Biz Ukraynaya qalib gəlməsi üçün lazım olanı, nə qədər lazımdırsa, təmin etməyə davam etməliyik", - Stoltenberq vurğulayıb.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
kül bşınıza ancaq çənəyə verirniz--boş danışıqlarınızadan istifadə edən iran rusiya çin artıq ayılıb birləşiblər--sizlər işqalçı erməniləri iranla bir müdafiə edin