HACIBALA ABUTALIBOV HÜSEYN ABDULLAYEVİN OBYEKTİNİ DAĞITDI!  - Əsl sensasiya! (FOTOLAR)

“Bankın rəhbəri diz çöküb, yalvarırdı, Bakı meri isə “uçurdun deyə bağırırdı”

Keçmiş millət vəkili, hazırda Almaniyada mühacirətdə olan Hüseyn Abdullayevin şəhərin mərkəzindəki ofisinin uçurulması xəbəri yayılıb. Virtualaz.org saytı bu barədə ilk məlumatı və fotoları paylaşıb. Orada göstərilir ki, “...Hüseyn Abdullayevin Bakının mərkəzində, Qaqarin körpüsünün yanında olan obyekti bu gün qəfildən uçub... Yusif Səfərov küçəsində, 27 saylı orta məktəblə üzbəüzdə yerləşən ikimərtəbəli bina ofis kimi icarəyə verilibmiş. Bundan başqa həmin obyektin anbar kimi istifadə edilən geniş sahəsi olub.

Hazırda hadisə yerində tikinti texnikası işləyir, daş-beton qalaqları təmizlənir. Fəhlələr deyib ki, bina qəfildən uçub. Onlar bunun nədən baş verdiyini bilmirlər. Hüseyn Abdullayevin vəkili Kamandar Nəsibov virtualaz.org saytına açıqlamasında faktı təsdiqləyib.

Musavat.com isə aydınlaşdırıb ki, H. Abdullayevin olduğu iddia edilən bi binada əsas kirayəçi “Əmrahbank” olub. Belə ki, “Əmrahbank”ın baş ofisi uçan binada yerləşir. Şəxsən tanıdığımız oxucularımızdan biri hadisə zamanı bankda olub və hər şeyi bilavasitə müşahidə edib. O, müsavat.com-un müxbirinə eyib ki, bina uçmayıb, uçurulub: “Hər şey 15.30-da qəfildən baş verdi. Mən bankın içindəydim. Birdən, doğum evi tərəfdən binanı ekskavatorla uçurtmağa başladılar. Hər tərəf toz-duman oldu. Bankda işin qaynar zamanı idi. Müştərilər girib-çıxır, əməkdaşlar çalışırdı. Qəfil baş verən hadisə hamını şoka salmışdı. Kompyuterlər söndü, bankın sistemi çökdü. Bankın əməkdaşları və rəhbərliyi çölə atıldı. Bir də gördük ki, Hacıbala Abutalıbov şəxsən uçurulma işinin başında dayanıb. Bankın Yusif deyilən rəhbəri (“Əmrahbank”ın prezidenti Yusif İldırımzadə - Red. ) Hacıbala Abutalıbovun qarşısında diz çöküb, yalvarmağa başladı. O da sanki bunları görmürmüş kimi “uçurdun” deyə bağırırdı. Lakin bir qədər sonra yumşaldı, bank hissəsinin söküntüsünü dayandırdı. Ayaqüstü danışdılar. Hər kəs də eşidirdi. Bank rəhbərinə avadanlıqları çıxartmaq və ofisi köçürtmək üçün bir həftə vaxt verdi... ”

Uzun zaman prosesi müşahidə edən oxucumuz müsavat.com müxbirinə deyib ki, az sonra işçilər danışırdı ki, Hüseyn Abdullıayevin son şeiri iqtidardakıları qəzəbləndirib, ona görə də bu cür hərəkət edirlər.

Yazıda adları çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar