İSA QƏMBƏR "ODUN ÜSTÜNƏ BENZİN TÖKDÜ" - Narazıları hakimiyyətə işləməkdə ittiham etdi

İsa Qəmbər 2 aydan artıq davam edən susqunluğun ardından qurultaydan sonra Müsavat Partiyasında başlayan qarşıdurmaya ad qoyub. AzPolitika.info-nun məlumatına görə, o, bu gün bir cümləlik Feysbuk qeydində yazıb:

“Kənardan necə görünməsindən asılı olmayaraq, əslində savaş Əliyev rejimi ilə Müsavat arasında gedir”.

Bu o deməkdir ki, İsa Qəmbər qurultaydan narazı tərəfi - Qubad İbadoğlu, Vurğun Əyyub, Səxavət Əlisoy, Hikmət Hacızadə, Adil Qeybulla və onların tərəfdarlarını hakimiyyətin sifarişini yerinə yetirməkdə ittiham edib. Keçmiş başqanın bu açıqlaması Müsavatda "tüstüləyən odun üstünə benzin tökmək" kimi qiymətləndirilməlidir.

Çox böyük ehtimalla, İsa Qəmbərin bu müdaxiləsi Müsavatda parçalanmanı və qarşılıqlı ittihamları daha da qızışdıracaq. Eyni zamanda, narazılar bundan sonra İsa Qəmbərin özünü də ittiham etməyə başlayacaqlar. 

Rasim ƏLİYEV

QEYD: Hörmətli Oxucu! Bu xəbərin altındakı və səhifəmizdəki digər reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz… 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar