"Amrahbank" rəhbərliyindən rəsmi açıqlama - "Yeni ofisə köçürük..."

"Amrahbank" ASC-nin Xətai rayonunda yerləşən baş ofisinin sökülməsi barədə məlumatlar bank tərəfindən təkzib olunub.

Məsələ ilə bağlı Modern.az saytı bankdan rəsmi açıqlama alıb.

"Amrahbank" ASC-nin İdarə heyətinin üzvü Nəcəf Cəfərli bildirib ki, bank barədə yayılan məlumatlar tamamilə yanlışdır: “Bu gün Azərbaycanda demək olar ki, bütün sahələrdə böyük inkişaf var. Paytaxt Bakıda, regionlarda quruculuq işləri sürətlə davam etdirilir. Bütün bu görülən işlər Azərbaycanımızın dünya çapında daha da yüksəlişinə xidmət edir. Hamı kimi biz də bu kimi addımları rəğbətlə qarşılayırıq.

Məlumat üçün bildirim ki, aparılacaq abadlıq işləri ilə bağlı bank əvvəlcədən Bakı Şəhər icra Hakimiyyəti tərəfindən məlumatlandırılmışdı. Bu tədbirin bankın fəaliyyətinə heç bir mənfi təsiri yoxdur.

Əksinə, şəhər rəhbərliyi tərəfindən yeni binaya köçməyimiz üçün lazımı vaxt verilib.

Cənab Prezidentimizin apardığı uğurlu iqtisadi siyasətin müsbət nəticələri artıq birmənalı olaraq göz önündədir. Bankımız da bu uğurlu iqtisadi siyasətin bir subyekti kimi inkişaf edir. Bundan sonra da dövlətimizə, xalqımıza xidmətini davam etdirəcək.

Bankda ötən ilə nisbətən 30%-dən çox artım olub.“Amrahbank” öz gəlir göstəricisinə, inkişafına görə Azərbaycandakı 3 bankdan biridir. Bütün bunlar fəaliyyətimizin və ölkəmizdə olan iqtisadi sabitliyinin göstəricisidir. Bir daha qeyd etmək istərdim ki, bankın fəaliyyətində heç bir problem yoxdur.

Bankımızın Xətai rayonunda yeni baş ofisi tikilir. Bütün infrasktur hazır olan kimi, biz yeni ofisimizə köçəcəyik. Hazırda yeni ünvanda hazırlıq işləri yekunlaşmaq üzrədir. Hər şey müasir tələblərə uyğun səviyyədə qurulur”.

Bank nümayəndəsi hazırda bütün əməkdaşların iş başında olduğunu deyib: “Hər gün olduğu kimi bu gün də işimizin başındayıq. “Amrahbank”ın baş ofisi sökülməyib, şəhər rəhbərliyi ilə razılığa əsasən yeni yerə köçür. Bütün işlər yekunlaşdıqdan sonra ictimaiyyətə geniş açıqlama veriləcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar