Əli Məsimli 620 milyon manatın hesabını sordu

Deputat regionlarının qazlaşdırılması proqramının yerinə yetirilməsinə görэ Energetika Nazirliyini, Dövlət Neft Şirkətini, “Azəriqaz” və digər əlaqədar qurumları ittiham etdi

Milli Məclisin deputatı Əli Məsimli ölkənin qazlaşdırılmasına ayrılan külli miqdarda vəsaitin hesabını sorub və bu barədə Milli Məclisdəki büdcə müzakirələrində sərt çıxış edib. O, bu barədə şəxsi facebook səhifəsində də yazıb və dövlət qurumlarına konkret suallar ünvanlayb. Həmçinin Hesablama Palatasına müraciətlə ayrılan vəsaitlərlə bağlı araşdırma aparılmasını istəyib.

Ə.Məslimli bildirib: “2009-2013-cü illərdə Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi İnkişafı Dövlət Proqramı çırçivısində Şəkidə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında əhalinin həyat səviyyəsinin yaхşılaşdırılması, enerjiyə olan tələbatın ödənilməsi, meşələrin qırılmasının qarşısının alınması məqsədilə həmin illər ərzində birinci mərhələdə 100 min nəfərə yaxın əhalisi olan və adları da konkret olaraq göstərilən 47 kəndin, ikinci mərhələdə isə 17 min əhalisi olan 19 kəndin, yəni bütövlükdə 56 kəndin qazlaşdıılması nəzərdə tutulmuşdu. 2014-cü ilin noyabrna proqramda adları olan 56 kəndddən yalnız 17-cində, yəni 30 faizində qaz var. Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatda bizim bu sahədəki bərbad vəsiyyətlə bağlı növbəti müraciətimizə cavab olaraq bildirildi ki,qarşıdakı ildə Şəkinin 18 kəndi qazlaşdırılacaq. Həmin məntiqlə 2014-cü ilin noyabrına qədər Şəkinin 10-dan artıq kəndi qazlaşdırılmalı idi, lakin bu il Şəkinin bir kəndi belə qazlaşdırılmayıb. Ölkə regionlarının qazlaşdırılması proqramı çərçivəsində bu ilin 9 ayında 60 milyon manat ayrılmış, bütövlükdə isə proqramın icrası üçün yönəldilmiş vəsaitin həcmi 620 milyon manata çatdırılmışdır”.

Ə.Məsimli ardınca dövlət qurumlarına üz tutub: “Ölkə regionlarının qazlaşdırılması proqramının yerinə yetirilməsinə birbaşa cavabdeh olan Energetika Nazirliyi, Dövlət Neft Şirkəti, “Azəriqaz” və digər əlaqədar qurumlar bu məsələyə aydınlıq gətirməlidir ki, dövlət maliyyə vəsaiti ayırmasına baxmayaraq regionlarının qazlaşdırılması planına salınmış Şəki kəndləri niyə qazlaşdırılmayıb və niyə Şəki kəndlərinin 117 min əhalinin xeyli hissəsi indiyəcən qazsız qalıb? Şəkinin deputatlarından biri kimi həm də Hesablama Palatasına müraciət edir və deputat sorğusu verirəm ki, dövlət vəsait ayırmasına baxmayaraq Şəki kəndlərinin qazlaşdırılması işinin ləngidilməsi və əhalinin narazılığına səbəb olan bu məsələ araşdırılsın”.

Ə.Məsimli parlament iclasında digər məsələlərdən də bəhs edib. Onu da qeyd edib ki, biz tez-tez büdcəmizi sosial yönlü adlandlrırıq: “Dövlət bu sahədə olan problemlərin həllini bir qayda olaraq öz üzərinə götürməyə çalışır.Amma büdcədən sosial proseslərin tənzimlənməsinə ayrılan vəsait büdcə xərclərinin 28 faizini təşkil edir.Digər neft hasil edən ölkələr kimi, Rusiyada bu rəqəm 35 faiz, Qazaxıstanda isə 40 faizdir. Ona görə də bir tərəfdən, qabaqcıl dünya təcrübəsindən yaradıcılıqla faydalanaraq bu işlərin mümkün hissəsinin sivil bazar münasibətləri relsinə keçirilməsini, digər tərəfdən isə isə sosial proseslərin tənzimlənmsinə ayrılan vəsaitin payının artırılması istiqamətində büdcə xərclərini strukturunun təkmilləşdirilməsini və büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasını təklif edirik”.

Ə.Məsimli deyib ki, sosial ipotekaya ayrılan vəsaitin 40 milyon manatdan 50 milyon manata qaldırılmasını müsbət qiymətləndirir və hökuməti bu dinamikanı sürətləndirməyə çağırır: “İpoteka işə düşəndən indiyə qədər ipoteka xətti ilə 15,4 min ailə mənzillə təmin olunub və 2015-ci ilin büdcəsində nəzərdə tutulan 50 milyon manata isə 1000-1200 ailə mənzil alacaq ki,bu da ümumilikdə mənzilə ehtiyacı olan və mənzil şəraitini yaxşılaşdırmaq istəyən əhalinin 5 faizə qədəridir. Əhalinin aztəminatli təbəqəsinin, xüsusən də gənc ailələtrin mənzillə təminatı işinin sürətləndirilməsindən ötrü,“Azərbaycanda 2015-2020-ci illər üzrə mənzil proqramı”nın hazırlanıb həyata keçirilməsini təklif edirik.Həmin proqramda həm ipotekanın şərtlərinin yumşaldılması, sosial ipatekatın faiz dərcələrinin 4 faizdən 2 faizə endirilməsini, ilkin ödənişin azaldılması və sonradan xüsusu fondun köməyi ilə tamamilə aradan qaldırılmasını, ipotekaya ayrılan vəsaitin tədricən 100 milyon manata çatdırılmasını, ipotekadan region əhalisinin istifadə imkanlarının genişləndirilməsini təklif edirik. Bununla paralel olaraq “sosial evlərin” tikilib aztəminatlı gənc ailələrə verilməsini, ayda 70 -100 manat arasında icarə haqqı ödəməklə 20-25 ildən sonra həmin ailəyə qalmasını nəzərdə tutan mexanizmin tətbiq olunmasını təklif edirik. Bank kreditləri sahəsində yaranan vəziyyət ciddi narahatçılıq yaradır.Əhalinin xeyli hissəsinin banklara borculu olması getdikcə daha ciddi problem xarakteri alır.Bank sektorunun sağlamlaşdırılması istiqamətində əlavə tədbirlər görülməklə, ölçüb-biçməkə lazım gəlsə, bəlkə də problemli kreditlər fondu belə yaradılmasına getməklə, həm biznes,həm də digər kreditlərin faiz dərəcələrinin aşağı salınması istiqamətində əlavə tədbirlər görülməsini təklif edirik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar