"İSA QƏMBƏR  GÖSTƏRDİ Kİ..." - Qubad İbadoğludan sabiq başqana ağır ittihamlar

"İsa Qəmbər yenə də tərəf kimi çıxış etdi. O, bununla göstərdi ki, baş verənləri nəinki izləyir, hətta idarə edir. Eyni zamanda ənənəvi yanaşması ilə partiyada baş verənlərin məsuliyyətini hazırkı rəhbərliyin üzərindən atmaq niyyəti güdür və partiyadaxili represiyalara haqq qazandırır. Buna çox təəssüf etdim".

Bunu Teleqraf.com-a açıqlamasında Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlu İsa Qəmbərin bu günki açıqlamasına münasibət bildirərərkən qeyd edib.

Qeyd edək ki, İ.Qəmbər Müsavat Partiyasının 27 sentyabrda keçirilən qurultayının nəticələrindən narazı qalanları nəzərdə tutaraq "kənardan necə görünməsindən asılı olmayaraq, əslində savaş hakimiyyət ilə Müsavat arasında gedir" bildirib.

Q.İbadoğlu hesab edir ki, deyilənlər minlərlə müsavatçının apardığı mübarizənin üzərinə kölgə salmağa yönəlib: "Kökündən yanlışdır. Bizim mübarizəmiz məfkurə mübarizəsidir . Odur ki, Müsavat Partiyasının nizamnamə ilə idarəçiliyinə çalışırıq, onun günclənməsi ilə bağlı təkliflər paketi ilə çıxış etmişik. Buyursunlar açıqlamalarını təsdiq edən bircə dənə də olsun fakt təqdim etsinlər"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar