ABŞ ÖZ ORDUSUNU UKRAYNAYA YERİDİR! – “Rusiya birbaşa hərbi müdaxilə edərsə...”

ABŞ senatı Ukraynaya NATO üzvlüyü olmadan Amerikanın müttəfiqi statusunu verən qanun layihəsini birinci oxunuşda qəbul edib. AzPolitika.info Qərb mətbuatına istinadən xəbər verir ki, bu qanun ABŞ üzərinə öhdəlik qoyur ki, Rusiya Ukraynaya qarşı birbaşa hərbi müdaxilə edərsə, öz ordusunu işğalın qarşısında durmaq üçün bu ölkənin ərazisinə yeritsin.

Belə bir status Gürcüstan və Moldovaya da şamil oluna bilər. Bu layihə yekun oxunuşda qəbul olunmaq üçün üzərində iş davam etdiriləcək.

Nəzərdə tutulan layihəyə görə, hansısa ölkəyə müttəfiqlik statusu verilə bilər. Belə bir layihə prezident Barak Obamaya ABŞ hərbi qüvvələri ilə Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan, Bosniya və Hersoqovina, Kosovo, Makedoniya, Qaradağ və Serbiya hərbi qüvvələri arasındakı əməkdaşlığı gücləndirməyi tövsiyyə edir.

Bu arada isə senator Makkeyn Rusiyanı “cəhənnəm hesablaşması” ilə təhdid edib. O, qeyd edib ki, Rusiya terrorçuları tərəfindən Malayziya təyyarəsinin məhv edilməsi faktı aparılan təhqiqatlar nəticəsində üzə çıxacaq. Əgər müəyyənləşsə ki, bu terror hərəkətləri Rusiyanın tərəfindən planlaşdırılıb və həyata keçirilib, onda onlar üçün “cəhənnəm hesablaşması” başlayacaq. Makkeyn bu barədə ABŞ telekanallarından birində çıxış edib.

Senator həm də qeyd edib ki, son bir neçə həftə ərzində bütün dünya Rusiya və rusiyapərəst yaraqlıların hansı imkanlara malik olduğunu gördü.

Makkeynin saytında isə Ukraynaya təxirəsalınmaz hərbi yardımın edilməsi çağırığı yayılıb.

“Ukrayna hakimiyyətinin dəfələrlə xahiş etdiyi tank əleyhinə və hava hücumundan müdafiə silahları da daxil olmaqla, ləngimədən bu ölkəni bütün növ silahlarla təchiz etmək lazımdır. Bu bir xəcalətdir ki, ABŞ Administrasiyası əvvəlki kimi Ukraynadakı dostlarımıza hərbi yardım etməkdən imtina edib.”

Vaqif NƏSİBOV

QEYD: Hörmətli Oxucu! Bu xəbərin altındakı və səhifəmizdəki digər reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar