"ƏLLƏRİNDƏN NƏ GƏLİR ETSİNLƏR..." - Hüseyn Abdullayevdən sərt açıqlama

Keçmiş deputat, hazırda mühacirətdə yaşayan Hüseyn Abdullayev ona məxsus mülkün sökülməsinə dair xəbərlərlə bağlı sərt açıqlama yayıb. O, özünün facebook səhifəsində Bakının mərkəzi hissəsində Hacıbala Abutalıbovun şəxsən rəhbərliyi ilə sökülən mülkün onun ailəsinə məxsus olduğunu təsdiq edib. H.Abdullayev yazır ki, noyabır ayının 18-də mətbuatda açıqlama verərək, İnterpolun onu öz məlumat bazasından (Data-bases) rəsmən çıxardığı haqda məlumat verib və bundan dərhal sonra ona və ailə üzvlərinə qarşı təzyiq kampaniyasına start verilib: "Hakimiyyət nümayəndələri ata-anamın şəxsi mülkü olan bir binanı qanunsuz şəkildə uçurmağa başladılar. Bunun məqsədi məndən intiqam alaraq, başqalarına göz dağı verməkdir.

Buradan onlara bəyan edirəm ki, əllərindən nə gəlirsə etsinlər. Hətta gedib ailəmə aid nə mülk varsa söksünlər, yaxud zəbt edib ələ keçirsinlər. Onsuz da gec- tez haqq-ədalət öz yerini tutacaq və illər boyu Azərbaycanda mülkiyyət hüququ pozulmuş insanlar öz əmlaklarının əsl sahibi olacaqlar. Buna heç kimin şübhəsi olmasın.

Bir şeyi qəti unutmasınlar ki, Hüseyn Abdullayevə hədə-qorxu gəlməklə və yaxud iyrənc repressiyalar tətbiq etməklə, onun iradəsini sındırmaq olmaz. Təəssüf ki, onlar 25 ildə hələ də Hüseyn Abdullayevi yaxşı tanımayıb".

V.NƏSİBOV

AzPolitika.info.

QEYD: Hörmətli Oxucu! Bu xəbərin altındakı və səhifəmizdəki digər reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar