Nazirlikdən XƏBƏRDARLIQ: yağış və qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, noyabrın üçüncü ongünlüyünün birinci yarısında ölkə ərazisində qeyri-sabit, dəyişkən hava şəraiti gözlənilir.

Noyabrın 21-i axşam respublikanın şimal rayonlarından başlayaraq fasilələrlə yağıntılı keçəcəyi, bəzi rayonlarda intensiv olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Noyabrın 23-dən 25-dək ölkə ərazisində şimal küləyinin güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcəyi gözlənilir.

Noyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə çiskinli olacağı, gecə saatlarında yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10, gündüz 11-14 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin gecə və səhər saatlarında bəzi yerlərdə dumanlı, çiskinli, şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 11-16, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar