ATƏT-in helikopter bəyanatı təxribatdır

atet_g1525074Ziyafət Əsgərov ATƏT-in bəyanatını məntiqsiz adlandırıb

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ATƏT-in Minsk qrupu həmsədrlərinin cəbhənin Ağdam istiqamətində vurulmuş erməni helikopteri bağlı bəyanatına münasibət bildirib.

Z.Əsgərov Milli Məclisin bu günki iclasında çıxışında ATƏT-in həmsədrləri son açıqlamalarında təxribat xarakterli bəyanat verdiklərini deyib.

”Bəyanatda iddia edilir ki, guya helikopter neytral əraziyə düşüb. Bu nə deməkdir?".

Deputat deyib ki, burada heç bir neytral ərazidən söhbət gedə bilməz və helikopterin düşdüyü ərazi Azərbaycan ərazisidir.

"ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər. Onların bu cür bəyanat verməsi mənasız və məntiqsizdir. Düşünürəm ki, bu bəyanat çox təxribatdır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar