Özünü redaktor kimi təqdim edərək dələduzluq edən şəxs saxlanıldı

hebs-qandalQazax rayonunda sakinlərin 6 min manat nağd pulunu və bir neçə baş xırda buynuzlu heyvanını ələ keçirən şəxs saxlanılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Ürkməzli kənd sakinləri Pərvin Məmmədov və Nurlan Quliyevə özünü televiziya kanalının redaktoru kimi təqdim edən 33 yaşlı Sumqayıt şəhər sakini İlqar Hacıbalayev tərəfindən aldadılıb.

İlqar Hacıbalayev onların hər birindən işə düzəltmək adı ilə 3 min manat alaraq aradan çıxıb.

Ürkməzli kənd sakinləri işin düzəlmədiyini gördükdə Qazax Rayon Polis Şöbəsinə müraciət ediblər. Aparılan əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş İlqar Hacıbalayev Bakının Xətai rayonu ərazisində tutulub.

Kənd sakinlərini aldatmaqla yanaşı, İ. Hacıbalayevin Qazax rayon sakini Tural Hüseynov və Ürkməzli kənd sakini Qulu Musayevlə birgə Ağköynək, Xanlıqlar və Ürkməzli kəndlərində xırdabuynuzlu heyvanları oğurladıqları da məlum olub. Onların Göyçay, Hacıqabul, Salyan rayonlarında bir sıra quldurluq hadisələri törətdiyi də bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar