"İŞİD-a görə Əsəd məsuliyyət daşıyır" - Çak Heyqel

ABŞ-ın müdafiə naziri İŞİD-ə qarşı mübarizədən danışarkən belə deyib

Suriyada və İraqda İŞİD terrorunun yayılmasına görə Suriya prezidenti Bəşər Əsəd məsuliyyət daşıyır. Bunu Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Çak Heyqel amerikalı jurnalistlərdən birinə müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, Əsəd Suriyada tökülən qana görə məsuliyyət daşıyan yeganə şəxsdir.

"Bəşər Əsədə dair çoxsaylı maraqlar və baxışlar mövcuddur. Bizim mövqeyimiz isə dəyişməyib - Əsəd hakimiyyətdən getməlidir. Bütün bunlar niyə baş verdi? Çünki son üç il ərzində Əsəd, onun qəddarlığı, onun məsuliyyətli hökumətinin və idarəetmə legitimliyinin olmaması, onun öz xalqına etdikləri bütün bunlara gətirib çıxardı. Bunlara səbəb olan Əsəddir. Suriyada münaqişənin hərbi yolla həlli yoxdur. Yalnız hamının bir araya gəldiyi diplomatik həll yolu var. Suriyada heç kim uğursuzluğa düçar olmuş, tam süqut etmiş bir hökumət istəmir".

ABŞ-ın müdafiə naziri koalisiya qüvvələrinin İŞİD-ə qarşı aviazərbələri mövzusuna da toxunub. Onun sözlərinə görə, İraqda və Suriyada İŞİD-ə qarşı mübarizə uzunmüddətli mübarizədir və buna İraqda sabitliyə dəstək verməklə başlamaq lazımdır, aviazərbələr isə İraq qüvvələrinin ekstremistlərə qarşı mübarizəsinə dəstək vermək məqsədi daşıyır.  /Associated Press

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar