RUSİYA DOLLARIN AĞALIĞINA SON QOYMAQ İSTƏYİR - Lakin “yaşıl” əvvəlki kimi - kraldır!

Rusiya dolların diktatından yaxa qurtarmaq istəyir və elə bu məqsədlə də Çinlə yuan vasitəsilə həyata keçirilməsı nəzərdə tutulan nef sövdələşməsinə imza atıb. Amma Çin valyutasının dolları yerə yıxa bilməsi hələlik xeyli müşkül bir işdir. Rusiya da daxil olmaqla, dünyanın bütün mərkəzi bankları əsas etibarıyla ABŞ valyutasına - dollara üstünlük verirlər. Onu demək lazımdır ki, Pekin beynəlxalq ticarətdəki öz strateji payının yuanla artırılmasına başılayıb.

”Deutsche Bank”-ın proqnozuna əsasən, bu il beynəlxalq ticarətdəki hesablaşmalarda yuan təxminən 50% artaraq altı trilyon yuan (bir trilyon dollar) təşkil edəcək. Bu Asiya nəhənginin ümumi ticarət həcminin 20%-dir. Pekin iqtisadi səbəblərdən yuanın beynəlmiləlləşməsini həyata keçirmək istəyir. Bu onun iqtisadiyyatının beynəlxalq iqtisadiyyata inteqrasiya olunaraq uyğulaşmasına kömək edəcək. Digər tərəfdən burada siyası məqsədlər də yer alır. Çin istəyir ki, yuan bir çox ölkələrin mərkəzi banklarının ehtiyyat hesablarında saxladığı valyuta kimi də istifadə olunsun. Onda yuan “ehtiyyat valyuta” kimi Çinin beynəlxalq qüdrətinin və təsirinin simvoluna çevriləcək. Ancaq heç kimin şübhəsi yoxdur ki, ABŞ dolları bu gün də kraldır.

Dolların dünya valyuta ehtiyyatındakı ümumi həcmi son iyirmi il ərzində sabit qalıb. Beynəlxalq Valyuta Fonduna (BVF) daxil olan məlumata əsasən, 1995-ci ildəki dünya valyuta ehtiyyatının ümumi həcminin 59%-ni dollar təşkil edib. 2000-ci illərin əvvəlindəki informasiya texnologiyaları sferasında şişirdilmiş köpüyün partlamasına qədər dünyadakı mərkəzi bankların valyuta ehtiyyatının 72%-i dollardan ibarət olub. Ancaq son dörd ilin məlumatına görə, bu göstərici 61%- göstərir. BVF məlumatlarının dünya ölkələrinin ehtiyyat valyutası haqqında tam detalları əhatə etməməsinə baxmayaraq (məsələn, Çin Xalq Bankında saxlanılan 4 trilyon dollar barəsində məlumat demək olar ki, yoxdur), iqtisadçılar bütün dünya mərkəzi banklarının avuarlarındakı valyuta nisbətləri haqqında düzgün təsəvvürə malikdirlər. Hələlik mərkəzi banklar böyük həcmdə Çin valyutası toplamağa qətiyyən tələsmirlər. Beynəlxalq Valyuta Fondu bildirir ki, yuan kimi “digər valyutalarda” ehtiyyat yığımı mərkəzi bankların ümumi portfel həcminin 3%-ni təşkil edir.

Hazırkı dönəmlərdə yuanla aparılan ticarət hesablaşması sürətlənib. Bəzi məlumatlara əsasən, Çin valyutası tədricən avronu sıxışdırmağa da başlayıb. ”Deutsche Bank” bidirir ki, əgər beynəlxalq ticarət hesablaşmalarında yuanın həcmi hətta altı trilyona qədər artarsa, bu dünya ixracat həcminin cəmi 5%-ni təşkil edəcək. Amma bu gün dünyada aparılan ticarətin 80%-i dollar vasitəsilə həyata keçirilir. Önümüzdəki illərdə yuanın cəlbedici şöləsi sönə bilər. Yuanı investorlar və şirkətlər üçün cəlbedici edən faktorlardan biri də onun dəyərinin artacağı proqnozu olub. Son on il ərzində Pekin öz valyutasının dəyər qazanmasına imkan yaradıb və indi o artıq əsl ədalətli bazar qiymətləri səviyyəsinə yaxınlaşır. Yuan əsl bazar səviyyəsinə çatanda isə öz parıltısını itirəcəkdir.

("The Wall Street Journal")

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar