Girovluqda olanlar üçün keçirilən aclıq aksiyası dayandırıldı

dilqem girov kelbecerNoyabrın 20-də Qarabağ Azadlıq Təşkilatı (QAT) üzvləri azərbaycanlı girovlarla bağlı keçirdikləri bir həftəlik aclıq aksiyasını dayandırıblar.

Bu haqda AzadlıqRadiosuna təşkilatın sədri Akif Nağı məlumat verib. Onun dediyinə görə, aksiyanı dayandırmalarına səbəb müəyyən rezonanslara nail ola bilmələridir:

«Aksiyaçıların səhhətində də problemlər yaranmışdı. Həkimlərin məsləhəti, həmçinin aksiyanın istər hakimiyyətin münasibətində, istərsə də beynəlxalq aləmdə kifayət qədər rezonans yaratmasını nəzərə alaraq, aclıq dayandırılıb. Yeddi gün ərzində aksiya geniş dəstək qazandı, girovların məsələsi kifayət qədər ictimailəşdirilib. ATƏT-in vitse-prezidenti girovların məhkəməsini saxta adlandırdı. Milli Təhlükəsizlik Nazirliyi isə girovların helikopterdə ölən ermənilərin cəsədləri ilə dəyişə biləcəklərini açıqlayıb. Bunlar hələlik bizi qane edir. Müsbət dəyişiklik baş verməsə, aksiyanı bərpa edəcəyik».

QAT üzvləri noyabrın 14-də aclıq aksiyasına başlamışdılar. Onlar girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə beynəlxalq təşkilatların biganəliyindən narazılıqlarını bildirirdilər. Aksiyaçılar həm də Azərbaycan hakimiyyətini bu məsələdə fəaliyyətsizlikdə günahlandırırdılar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar