Avropa Məhkəməsinə üç maddə üzrə şikayət olunub

Mərhum yazıçı-publisist Rafiq Tağının işi Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib.

Vəkil Elçin Sadıqov “Media forum” saytına belə deyib.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda bıçaqlanıb və aldığı xəsarətlərdən noyabrın 23-də vəfat edib. İstintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi 2014-cü il yanvarın 8-də cinayət işi üzrə icraatı dayandırıb. İstintaqın dayandırılması qərarından yerli məhkəmələrə verilən şikayət təmin olunmayıb.

Elçin Sadıqov deyib ki, Avropa Məhkəməsinə göndərilən şikayətdə Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci (yaşamaq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin pozuntusunun tanınmasını xahiş ediblər: “Düşünürük ki, Avropa Məhkəməsi obyektiv qərar qəbul edəcək”.

Vəkil əlavə edib ki, istintaq dayandırılsa da, əməliyyat tapşırığı qüvvədədir: “Amma əməliyyat-axtarış tədbirlərinin necə getdiyi və nə dərəcədə yerinə yetirildiyi barədə məlumat verilmir. Yəqin ki, əməliyyat tapşırığı səmərəli formada yerinə yetirilmiş olsaydı, qətli törədən şəxsi tapmaq olardı”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar