Onlarla adamı öldürən qatillər Baş Prokurorluğun “boz kardinalı”nın evində qalırmış

Rusiyada “GTA bandası” kimi tanınan, bir ildən artıqdır Moskva ətrafındakı şose yollarında tələ quraraq avtomobil sürücülərini və sərnişinlərini güllələyən banda üzvlərinin Baş Prokurorluğun işlər idarəsinin rəisinin evində qaldıqları üzə çıxıb.

Virtualaz.org saytı LifeNews-a istinadən xəbər verir ki, Rusiya Baş Prokurorluğu işlər idarəsinin rəisi, II dərəcəli ədliyyə müşaviri Aleksey Staroverov bu qalmaqaldan sonra işdən çıxmaq haqda ərizə verib və halı pisləşərək xəstəxanaya yerləşdirilib. Onun təzyiqinin qalxdığı və Moskvadakı klinikalardan birinin kardiologiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Ancaq maraqlıdır ki, həmin xəstəxanaya “GTA bandası”nın işi üzrə şahid Konstantin Lyadov başçılıq edir.

Xatırladaq ki, uzun müddət Moskva əhalisini qorxu içərisində saxlayan, yollarda avtomobillərin təkərlərini deşmək üçün tələ quraşdıran, tələyə düşən avtomobillərin sürücülərini güllələyən banda üzvlərinin əsasən Orta Asiya respublikalarının vətəndaşlarından ibarət olduğu üzə çıxıb.

Banda üzvləri silahlı əməliyyatla yaxalanıb. Bandanın Qırğızıstan əsilli lideri Moskva ətrafında, Baş Prokurorluğun işlər idarəsinin rəisinin bağ evində öldürülüb. Evdə axtarış zamanı xeyli silah-sursat tapılıb. Banda liderinin və üzvlərindən bir neçəsinin uzun müddətdir Staroverovun bağ evində qaldıqları üzə çıxıb.

[caption id="attachment_71671" align="alignleft" width="275"]

Aleksey Staroverov[/caption]

A.Staroverov banda üzvlərinin ona məxsus malikanədə qaldıqlarını təsdiqləyib. A.Staroverov Rusiya Baş Prokurorluğunun ən nüfuzlu məmurlarından biridir. Üstəlik o, Rusiyanın güc strukturları əməkdaşları arasında ən varlılardan hesab olunur və “Forbes” jurnalının araşdırmasına görə, milyonlarla dollar kapitalı var.

Onlarla adamı qətlə yetirən banda üzvlərinin motivləri barədə hələ də geniş məlumat yoxdur. Amma banda üzvlərinin İŞİD-lə bağlılığı haqda dəlillərin olduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar