“İran nüvə təsisatlarında yoxlama aparılmasına icazə verməyəcək” - Salehi

iran nuveİran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi noyabrın 19-da jurnalistlərə açıqlamasında ölkəsinin nüvə fəaliyyətindən və atom yanacağının istehsalı haqda Rusiya ilə imzaladıqları protokoldan danışıb.

“Media forum” saytının məlumatına görə, Salehi deyib ki, İran nüvə təsisatlarında yoxlama aparılmasına icazə verməyəcək: “Biz nüvə təsisatlarımıza hər hansı özəl baxış keçirilməsini qəbul etmirik. Ölkənin dini lideri də bu məsələni dəfələrlə vurğulayıb. Ona görə də biz bu məsələ ilə razılaşa bilmərik”.

Salehi İranın nüvə yanacağının Rusiyaya nəql edilməsi haqda şayiələri təkzib edib: “İranla Rusiya arasında bir protokol imzalanıb. Bu protokola əməl olunacağı təqdirdə Rusiya atom yanacağının istehsalı ilə məşğul olacaq”.

İranla Qərb arasında aparılan nüvə danışıqlarının son mərhələsi hazırda Vyanada davam etdirilir. Müzakirələrin noyabrın 24-nə qədər nəticə verə biləcəyi gözlənir. Qərb danışıqların vaxtının yenidən uzadılmasını istəmədiyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar