"Müsəlman Qardaşlığı"nın lideri həbs edildi

Məhəmməd Əli Bişr mövcud hökumət quruluşunu devirməyə təşviq etməkdə ittiham edilir

Misirdə qadağan olunmuş "Müsəlman Qardaşlığı" hərəkatının hazırki lideri Məhəmməd Əli Bişr həbs olunub.

ANS PRESS-in məlumatına görə, hərəkatın lideri mövcud hökumət quruluşunu devirməyə təşviq etməkdə ittiham edilir.

Mötədil mövqeyi ilə fərqlənən Məhəmməd Əli Bişr «Müsəlman Qardaşlığı» hərəkatının hakimiyyətdə olduğu dövrdə nazir olmuş, lakin ötən ilki hərbi çevriliş zamanı hakimiyyətdən uzaqlaşdırılmışdı. Bişr «Müsəlman Qardaşlığı»nın hərbi çevrilişdən sonra azadlıqda qalan bir neçə liderindən biri idi. /BBC

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar