Gülər Əhmədova vəkillərinə xəbərdarlıq edib- “Danışmayın“

Sabiq deputatın əsəbiləşməsinə səbəb isə istintaqın yekunlaşması barədə məlumatların mətbuata çıxarılması olub

Adı ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə videoqalmaqalda hallanan və barəsində həbs qətimkan tədbiri seçilən sabiq deputat Gülər Əhmədova ilə vəkilləri arasında qalmaqal yaranıb.

AzNews.az-a daxil olan məlumata görə, G.Əhmədova vəkilləri Raqif Mustafayev və Əfsər Talıbovu mətbuata açıqlama verməmək barədə qadağaya əməl etməməkdə günahlandırıb. Hətta keçmiş deputat mətbuata bundan sonra hər hansı açıqlama verəcəkləri təqdirdə vəkilləri ilə müqaviləyə son qoyacağını bildirib.

G.Əhmədovanın belə əsəbiləşməsinə səbəb isə istintaqın yekunlaşması barədə məlumatların mətbuata çıxarılması olub.

Belə ki, G.Əhmədovanın vəkilləri istintaq materialları ilə əvvəlcə sabiq deputatın tanış olacağını və bundan sonra tanışlıq üçün vəkillərinə göndərəcəyi barədə mətbuata verdikləri açıqlamadan sonra sabiq deputat daha da əsəbiləşib.

Mənbəmiz bildirir ki, AzNews.az saytında yer alan istintaq materiallarının 30 cilddən ibarət olması barədə məlumat sabiq millət vəkilinin daha çox əsəbiləşməsinə, səbəb olub. G.Əhmədova bu barədə xəbərlərin mətbuatda yayılmasında vəkillərini günahlandıraraq, onların mətbuatla bütün təmaslardan çəkinməsini tapşırıb. Həmçinin, bunun son tapşırıq olduğunu və ikinci belə hal təkrarlanacağı təqdirdə müqaviləyə xitam verəcəyini vurğulayıb.

Məlumatı dəqiqləşdirmək üçün hər iki vəkillə əlaqə saxlayan AzNews.az əməkdaşının aldığı cavablar da xəbəri təsdiqləyib.

Belə ki, hər iki vəkil Gülər Əhmədova ilə bağlı heç bir sualı cavablandırmayacaqlarını və bu qadağaya əməl etməkdə israrlı olduqlarını bildiriblər. Vəkil Əfsər Talıbov AzNews.az-ın sorğusuna cavab olaraq “Gülər Əhmədova bildirib ki, mətbuata heç bir açıqlama verməyək. Buna görə də jurnalistlər bizi Gülər xanımın istintaqı ilə bağlı narahat etməsinlər. Heç bir açıqlama olmayacaq” - deyə vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar