“OBYEKT-2014-28E”: Rusiyanın peyk əleyhinə silahıdırmı? 

Son dövrlər həvəskar astronomlar və eləcədə Rusiya və Qərb ölkələrində müxtəlif peyklərin hərəkətini izləyənlər “2014-28E” obyektinin qeyri-adi manevrlərini müşahidə etməyə başlayıblar. Bu barədə ”The Financial Times”qəzet məlumat yayıb.

Aparılan müşahidələr göstərir ki, həmin obyekt Rusiyaya məxsus digər kosmik aparatlara tərəf istiqamət götütür. Əvvəlcə bu obyekti Rusiyanın hərbi ”Rodnik” peyk qruplaşmalarına əlavə kömək peyki kimi orbitə çıxaran raketin parçalanmış qalıqları hesab ediblər. Hazırda həmin peyki izləyən Amerikan hərbçiləri onu “NORAD” təsnifatı üzrə “39765” nömrəsi ilə işarələyiblər. Hazırda bu obyektin hansı məqsəd daşıdığı naməlumdur.

Məsələn, hazırda kosmik aparatların dağılmış qalıqlarını, yəni kosmik zibillərin toplanması layihəsi də mövcuddur. Həmin bu obyektə olan maraq Rusiyanın kosmosa hər hansı bir aparat göndərməsini elan etməməsi və həmçinin də bu obyektin kosmosda çox qeyri-adi və eləcədə dəqiq koordinativ yerdəyişmələr həyata keçirməsi səbəbindən yaranıb. Rusiya rəsmi olaraq özünün peyk əleyhinə “Peyklərin məhv edilməsi” proqramını soyuq müharibə dövründəki dəmir pərdə aradan qalxdıqdan sonra qapatdığını bildirib. Lakin bütün bunlara baxmayaraq, Rusiyanın bu istiqamətdəki bilik və bacarığı tamamilə itməyib. Əslində isə hələ xeyli müddət əvvəl Rusiya Müdafiə Nazirliyinin səlahiyyətli bir nümayədəsi bəyan etmişdi ki, raket əleyhinə müdafiə haqqındakı müqaviləyə görə ABŞ-la münasibətlər pisləşərsə, onda onlar bu istiqamətdəki əvvəlki araşdırmalarını bərpa edəcəklər. Kosmik Hava Qoşunları üzrə komandan Oleq Ostopenko isə 2010-cu ildə bildirmişdi ki, Rusiya yenidən “zərbə” peyklərinin hazırlanmasına başlayıb. Elmi tədqiqatlar üzrə “Kral Beynəlxalq Münasibətlər İnstitutu”-nun direktoru və tanınmış ekspert Patrisiya Lyuis bu barədə deyib: "”Obyekt 2104-28E” eksperimental nümunəyə oxşayır. Ola bilər ki, belə obyekt həm mülki, həmdə hərbi funksiya daşısın. Bu obyektin hansısa tutucu bir mexanizmi var və belə bir tutucu mexanizm kinetik diyircəklər vasitəsilə digər peyklərə atəş açmaq imkanına malik ola bilər. Başqa tərəfdən isə həmin obyekt peyklər əleyhinə kiber hücumlar da yaradar”.

Rusiyanın aparıcı hərbi ekspertlərindən biri deyib ki, ”Peyklərin məhv edicisi” proqramı indiki gərginləşən Moskva-Qərb münasibətləri ilə əlaqədar olaraq starateji baxımdan tamamilə məntiqli görünür.

Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar