İŞİD liderlərindən biri öldürüldü

İŞİD radikal terror qruplaşmasının liderlərindən biri məhv edilib.

Musavat.com-un rosbalt-a istinadən verdiyi xəbərə görə, hadisə İraqın şimalında, terrorçuların nəzarətindəki Mosul şəhərinə aviazərbələr endirilərkən qeydə alınıb.

“Reuters” yerli sakinlərə istinadla bildirir ki, İŞİD-in Mosuldakı qruplaşmasının rəhbəri Radvan Talib əs-Xamduni sürücüsü ilə birgə şəhərin şimalında bombardman nəticəsində öldürülüb.

Ötən həftə qruplaşmanın başqa bir liderinin – Tarxan Batiraşvilinin öldürüldüyü xəbəri yayılmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar