"Hər dəfə mən zəng etməyim ki, filan şey çatmır” - Oqtay Əsədov

Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin işlər müdiri Firudun Hacıyevə etiraz edib.

ANS PRESS-in məlumatına görə, F.Hacıyev parlamentin bu günki iclasında Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında danışıb.

Lakin O.Əsədov onun sözünü kəsərək, öz iradını bildirib.

Spiker Milli Məclisin işlər müdirinə üzünü tutaraq konkret danışmağı tələb edib: “Sənin Maliyyə Nazirliyindən nə xahişin var? Konkret sözünü de... Hər dəfə mən zəng etməyim ki, Samir müəllim filan şey çatmır”.

Daha sonra çıxışına davam edən Firudun Hacıyev parlamentin yarım milyonluq istəyini diqqətə çatdırıb: “Hörmətli Samir müəllim, rəqəmsal tv qəbuledicisinin alınıb, quraşdırılmasına və abunə haqlarının ödənilməsinə, digər alışlar və xidmətlər üçün 50 min manat, Milli Məclisin avtoparkının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə avtomaşınların alınması üçün 400 min manat, həmçinin inzibati bina üçün bir ədəd UPS alınmasına 50 min manat ayrılmasına köməklik göstərməyinizi xahiş edirik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar