AXCP funksionerinin oğlu həbs olunub - Narkotik ittihamı

Hakimiyyət AXCP-yə qarşı daha bir repressiya aktı həyata keçirib. Bu dəfə partiyanın Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirli hədəf seçilib.

Noyabrın 17-i saat 19 radələrində AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirli yaşadığı evin qarşısında həbs olunub. Onu Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) aparıb və narkotik satdığı üçün saxlandığını deyiblər. Bu barədə "Azadliq.info" məlumat yayıb.

Noyabrın 18-də isə Nərimanov rayon məhkəməsində Sənan Dəmirliyə qarşı məhkəmə prosesi keçrilib və barəsində deyilən ittihamla 3 aylıq həbs-qətimkan tədbiri seçilməsinə qərar verilib.

Rafiq Daşdəmirli oğlunun həbsini özünün siyasi fəaliyyətinə görə ondan qisas almaq kimi qiymətləndirir. Onun fikrincə, bunun Milli Şuranın mitinqlərindən sonra baş verməsi də təsadüfi deyil. Sənan Daşdəmirli siyasətdən kənar şəxsdir və narkotiklə hər hansı bağlılığı ola bilməz. O, inanclıdır, uzun müddətdir namaz qılır və nümunəvi həyat tərzi ilə seçilir:

“Oğlumun həbsi siyasi fəallığıma görə mənə və ailəmə qarşı təzyiqdir. Bununla məni mübarizəmdən çəknidirmək istəyirlər. Bundan əvvəl də xəbərdarlıq xarakterli təxribatlarla üzləşmişdim. Oğlumun həbsindən bir az əvvəl facebook profilimi ələ keçirib, adımdan dostlarıma yalan məlumatlar göndərilmişdi. Bundan başqa da xəbərdarlıq kimi qiymətləndirə biləcəyim müəyyən təxribatlarla üzləşmişdim. Yəqin bütün bu təxribatlardan sonra da fəaliyyətimdən geri çəkilmədiyimi görüb, oğlumu həbs etməklə məni cəzalandırmağa qərar veriblər.

Mən oğluma inanıram. O, nəinki narkotik, heç ən yumşaq pis əməllə də məşğul ola bilməz. Ataya görə oğulu incitmək heç bir mənəvi-əxlaqi ölçüyə sığmır."

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar