GENERALI GÖZLƏYİRDİLƏR, “HİMARS” GƏLDİ – Yüzlərlə Rusiya hərbçisi çeçen generalın güdazına gedib

Ukrayna ordusu Luqansk vilayətinin Kremennaya şəhəri istiqamətində Rusiyanın 20-ci ordusuna ağır zərbə vurub.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu(ISW) son hesabatında bununla bağlı məlumat yayıb.

Rusiyanın “hərbi müxbirləri”nə istinad edən (ISW) bildirir ki, bir yerə toplaşaraq 20-ci ordunun komandanı, general-mayor Suhrab Əhmədovu gözləyən rusiyalı hərbçilər Ukraynanın raket zərbələrinə tuş gəliblər. Nəticədə yüzdən artıq rus hərbçisinin həlak olduğu, bir o qədərinin də yaralandığı, həmçinin, xeyli sayda hərbi texnikanın məhv edildiyi bildirilir.

Hadisəni işıqlandıran Rusiya “hərbi müxbirləri” yüzlərlə hərbçinin ölümündə onları saatlarla gözləməyə vadar edən çeçen əsilli general Suhrab Əhmədovu günahkar bilirlər: “İnsanlar iki saat kütlə şəklində bir yerə toplaşaraq gözləyiblər ki, nə vaxt diviziya komandiri öz motivasiya nitqini söyləyəcək. Ancaq onun əvəzinə öz sözünü düşmənin artilleriyası və “HİMARS”-ları dedi. Cənubi Donetsk istiqamətindəki döyüşlərdə bir neçə gündə xəsarət alanların sayı daha az olmuşdu, nəinki komandirin cinayətkar axmaqlığından həlak olanlar”.

Qeyd edək ki, hazırda bu mövzunu “Vaqner”-ə yaxın kanallar daha çox tirajlayırlar və general Əhmədovun çeçen əsilli olduğunu xüsusi qabardırlar. Bu isə “Vaqner” başçısı Yevgeni Priqojinlə Çeçenistan başçısı Ramzan Kadırovun pərdəarxası çəkişməsinin daha bir təzahürü sayılır.

“AzPolitika.info”  


635x100

Şərhlər

Hadı 2023-06-15 13:07:14

Müharibə başlayandan bu günədək Kadırovçuların bircə dənə uğurla nəticələnən döyüşünü eşitməmişəm. Tik-tokda, You tubedə "Asacam-kəsəcəm"dən başqa çeçenlər nə edə bilib ki?

Son yazılar