“KADIROV PRİQOJİNƏ QARŞI...” – “Bir raket Putinin iki döyüşçüsünü necə düşmən etdi?”

İyunun 14-də Ukrayna ordusu tərəfindən Çeçenistan rəhbəri Ramzan Kadırovun “sağ əli” adlandırılan Rusiya Federasiyası Dövlət Dumasının depuataı Adam Delimxanovun məhv edilməsi və ya ağır yaralanması barədə məlumat yayıldı.

Delimxanov və onun “Axmat” batalyonunun Kiyev vilayətinin işğalı zamanı uğursuzluğa düçar olması, ”Tik-Tok”sosial platforması üçün çəkdirdikləri videolar və Azov dənizi sahillərindəki boş binaları atəşə tutmaları yaddaqalan hadisələrdəndir. Amma bunlara baxmayaraq Kadırovun “Axmat” hərbi dəstəsi Kreml rəhbəri Vladimir Putin üçün xüsusi önəm daşıyır. Putin öz hakimiyyətinə ciddi təhlükə yarandığı təqdirdə Kadırovun silahlı qüvvələrindən istifadə etməyi planlaşdırır.

Ramzan Kadırovsa öz taleyinin birbaşa Putindən asılı olduğunu çox yaxşı anlayır. Əgər Rusiyada hakimiyyət dəyişərsə, Çeçenistan rəhbərini çox ağır günlər gözləyir. Ona görə də üzdə canfəşanlıq etməsinə baxmayaraq, Ukrayna müharibəsinə könülsüz qoşulan Kadırovun Putinin əmr və tapşırıqlarını yerinə yetirməkdən başqa çarəsi yoxdur.

O, bu yolda özünə çoxsaylı düşmənlər qazanıb. Belə düşmənlərdən biri də “Vaqner” özəl hərbi birləşməsinin qurucusu Yevgeni Priqojindir.

Priqojinin Sergey Şoyqu və Ramzan Kadırovla münaqişəyə girişməsi böyük daxili təlatümün ilk əlamətidir. Hazırda Rusiya hakimiyyət və biznes elitasındakı narazı qüvvələr müharibədən gələn xəbərləri və Priqojin-Şoyqu mübarizəsinin nə ilə nəticələnəcəyini çox maraqla izləyirlər. Ukraynanın hücumları ciddi uğurlar verərsə, Rusiya hakimiyyətində Priqojin kimilərin sayı sürətlə artacaq.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın ”Apostrof.ua” saytı “Kadırov Priqojinə qarşı: bir raket Putinin iki döyüşçüsünü necə düşmən etdi?” başlıqlı məqaləsində sözügedən məsələlərə toxunur. Həmin məqaləni təqdim edirik: ”Çeçenistan rəhbəri Ramzan Kadırovun “sağ əli” olan Adam Delimxanovun ölməsi və ya yaralanması barədə məlumatlar Rusiya təbliğatçıları tərəfindən bir neç dəfə təkzib olunub. Delimxanovun Priomrskdan (onun “vurulduğu” yer) sonra Ramzan Kadırov ilə görüşə gəlməsi xəbərlərinin saxta olması çox tezliklə ortaya çıxdı. Hadisə baş verəndən indiyədək Rusiya, Çeçenistan və qondarma “Luqansk xalq respublikası”nın qəhrəmanı olan Adam Delimxanovun aqibəti naməlum olaraq qalır.

Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Roman Svitan baş verənlər haqqında deyib: "Bütün bu "qoçular" və guya ki, elit batolyon olan “Axmat” silahlı dəstəsi də daxil olmaqla işğalçı qüvvələrin hərbi birləşmələri Azov dənizi sahillərini sevirlər. Orada otellər, kurortlar var və həm də ki, oralara “HIMARS”-ın zərbələri çatmır. Çünki bu yerlər cəbhə xəttindən təxminən 100 kiolmetr uzaqdadır. İndi bizdə “Storm Shadow” var və bu “kurortlar” tez-tez hədəfə alınır. Bizim Radio Elektron Mübarizə cihazlarımız saz çalışır və həmişə oyaqdır. Partizanlar və koordinatı göstərənlər yaxşı işləyirlər.

Ruslardan kiminsə Delimxanovun yeri barədə məlumat ötürməsini istisna etmək olmaz. ”Storm shadow”-nun bahalı raket olmasını başa düşmək lazımdır. Bu raketi elə-belə atmırlar. Deməli, bir yerə toplaşmış böyük sayda kadırovçuların dəqiq koordinatları barədə məlumat verilib. Təxminən yüzə yaxın insan bir yerə yığışıb. Necə deyərlər, hələ üstəlik bonus kimi Delimxanov da onların arasında olub. Görünür ki, raketin uçuşu uğurlu alınıb. Belə ki, Rusiya Federasiyasının “qəhrəmanı” Delimxanov hələ də ictimaiyyət önünə çıxmayıb”.

Maraqlıdır ki, Ukrayna Silahlı Qüvvələrinin “kadırovçulara” vurduğu zərbə Rusiya informasiya məkanında daxili düşmən axtarışına səbəb olub. Adam Delimxanovun yerinin sızdırılmasında “Vaqner” hərbi birləşməsinin qurucusu Yevgeni Priqojinin əli olması barədə məlumatı rus podpolkovniki Roman Venevitin səsləndirib.


“Vaqnerçilər” həmin bu şəxsi sərxoş vəziyyətdə onların avtomobilini gülləboran edən zaman yaxalamışdılar. Onun sözlərinə görə, Berdyansk vilayətinin Primorsk şəhərində Kadırovun “sağ əli” Adam Delimxanovun da olduğu hərbi kolonun koordinatlarını çox güman ki, Yevgeni Priqojin sızdırıb. Venevitin iddia edir ki, bu, 2006-ci ildən Rusiya Federasiyası ordusunu ərzaqla təmin edən Priqojinin sərvətinin mənbəyini açıqlaycağı ilə hədələyən Ramzan Kadırovdan qisas almaq məqsədi ilə edilib.

Əlbəttə, ”Vaqner”dən incik düşümüş Roman Venevitin kimi mənbəyə inam azdır, amma bu cür bəyanatlar Priqojinin mütəşəkkil cinayət qrupu, Kadırovun batalyonları və Sergey Şoyqunun rəhbərlik etdiyi Rusiya Federasiyası Müdafiə Nazirliyi arasındakı daxili çəkişmənin növbəti təzahürüdür.

Müvəqqəti və qeyri-bərabər ittifaq

Priqojinlə Ramzan Kadırovun komandası arasındakı münaqişə yalnız ona görə qəribə görünə bilər ki, onların hər ikisi hələ keçən il işğalçı ordunun Ukraynadakı komandanı vəzifəsinə Şoyquya yaxın olan və Xarkov vilayətini nəzarət altında saxlamağı bacarmayan əfəl general Lapinin yerinə general Surovikinin keçməsinə çalışırdılar.

Hərbi ekspert İvan Stupak bu haqda bildirib: ”Keçən ilin payızında Xarkov vilayətində işğalçıların məğlubiyyəti fonunda Kadırov və Priqojin arasında Şoyqu və Lapinə qarşı birlik yaranmışdı. Bu, mövcud vəziyyətə uyğun yaranmış bir tandem idi. Bu cütlük Surovikini işğalçı qüvvələrin komandanı vəzifəsinə yüksəltdi. Lapin vəzifədən uzaqlaşdırılandan sonra Kadırov kənara çəkilərək Müdafiə Nazirliyinin fəaliyyətini şərh etməkdən yayındı. İndi rusiyalılar arasında gərginlik Priqojin-Şoyqu xətti ilə gedir. Belə bir vəziyyətdə Kadırov yalnız Kremldən gələn tapşırıqlar əsasında hərəkət edir”.

Bir neçə həftə öncə Adam Delimxanov bir video çəkərək, ”Axmat”ın döyüş qabiliyyəti ilə bağlı Yevgeni Priqojinin iddialarını açıq şəkildə tənqid etməklə yanaşı, ”Vaqner”in liderini kriminal üslubda hesablaşmaya çağırmışdı. Priqojin ona heç bir cavab vermədi, ancaq bir neçə gün sonra “Axmat” batalyonunun başçısı Ukrayna raketi ilə vuruldu.


İvan Stupak Priqojinin “qırmızı xətləri” keçdiyini bildirib: ”Priqojin “Vaqner” əsgərlərinin cəsədləri qarşısında dayanıb Şoyqu və Gerasimova söyüş yağdıranda açıq şəkildə müəyyən “qırmızı xətti” tapdalayırdı. Sonra Delimxanov Çeçenistan parlamentinin spikeri Daudovla birlikdə video çəkərək, Priqojinin ünvanına bunları söylədilər: ”Jenya, sən haqlı deyilsən, indi biz sənə hər şeyi başa salarıq”.

Kreml Kadırov vasitəsilə Priqojinə öz yerini göstərməyi qərara almışdı, Çeçenistan lideri isə bu işi görməyi öz adamlarına tapşırmışdı. Ancaq əvəzində elə alındı ki, raket zərbəsi ilə Delimxanovu “başa saldılar””.

Bundan sonra nə olacaq?

Şübhəsiz ki, bütün bu quldur hesablaşmalarının başlıca səbəbi Kremlin asan qələbə planlarını sıfra çevirən Ukrayna ordusunun peşəkar işi ilə bağlıdır. Deməli, ümumi nəticədə Rusiya təhlükəsizlik qüvvələri arasında maraqlı proseslər başlayıb. Kadırov və onun ətrafına yığılanlar Kremlin qoyduğu qaydalara görə oynadıqları bir vaxtda, federal səviyyəyə qalxan Priqojin Rusiya Federasiyasındakı digər siyasi oyunçulara “çox pis örnək” göstərir.


Belə ki, artıq Ural və Sibir “baronları” da şəxsi “özünümüdafiə dəstələri” yaradırlar. Hətta Krım qaulyayteri Sergey Aksyonov öz hərbi dəstəsini möhkəmləndirmək və böyütmək qərarına gəlib. Kursk və Orlov vilayətlərinin rəhbərləri Belqorod vilayətindəki hadisələrdən sonra şəxsi silahlı qruplarını yaratmaq barədə düşünürlər.

Sergey Şoyqu yeni meydana gələn qüvvələri öz hakimiyyəti altına almağa cəhd edib, lakin belə görünür ki, Moskva tədricən özünün yetişdirdiyi “özəl-hərbi yırtıcılar” üzərindəki nəzarəti itirir.

İslahatlara yardım mərkəzinin rəhbəri, siyasi ekspert Georgi Çijov vəziyyəti belə şərh edib: ”Biz “Vaqner” və “Axmat” döyüşçülərinin Moskvaya qarşı silah çevirəcəklərini görəcəyikmi? Bu varinat istisna edilmir, amma bu, yaxın perspektivdə baş verməyəcək. Ukraynadakı məğlubiyyət fonunda Kremlin hakimiyyət ierarxiyası dağılmağa başlayanda, hadisələrin bu cür inkişaf perspektivini gözləmək olar”.

Vaqif Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar