“Hafka” fransızları necə dolayır...

Hazırda müflis olmuş azərbaycanlı oliqarx, “Hafka” ləqəbli Hafiz Məmmədov Fransanın “Lans” klubuna borclu olduğu pula görə Parislə Bakı arasındakı get-gəl davam edir.

Virtualaz.org saytı Fransa KİV-lərinə istinadən xəbər verir ki, klubun prezidenti Jerve Martel son bir ayda ikinci dəfə Bakıda olub.

“Hafka”dan pul almaq üçün bu həftənin əvvəlində Bakıya növbəti dəfə səfər edən Jerve Martel bu dəfə də əliboş dönüb. Ancaq belə məlum olur ki, “Hafka” ona pul verməsə də “bank qarantiyası” təqdim edib.

“Hafka” Fransa klubuna azı 14 milyon avro maliyyə ayırmaq öhdəliyi götürüb. Bu vəsaitin 4 milyon avrosu kluba transfer icazəsi almaq üçün zəruridir. Klubun hesabında azı 4 milyon avro olmasa, Fransa Futbol Federasiyası “Lans”a oyunçu transfer etməyə icazə verməyəcək.

Ötən ilin sonlarından müflis olan “Hafka”nın bu yaxınlarda həmin məbləğin 1,5 milyonunu hansısa mənbədən əldə edib və ödəyib. Ancaq Jerve Martel 2,5 milyon avronun dalınca aylardır Bakıya gedib-gəlir.

[caption id="" align="alignnone" width="620"] Martel və "Hafka"[/caption]

Bu dəfə Bakıdan qayıdandan sonra Jerve Martel jurnalistlərə bildirib ki, pul ala bilməsə də Fransanın peşəkar klublara nəzarət komissiyası DNCG-yə H.Məmmədovdan aldığı bank qarantiyasını təqdim edəcək. O, bank qarantiyasını DNCG-yə noyabrın 27-də təqdim edəcəyini deyib. Həmin gün komissiya “Lans”ın və digər klubların transfer icazəsi məsələsinə baxmalıdır.

“Ona görə də biz zəruri maliyyə öhdəliklərini təqdim edəcəyik” - deyə J.Martel bildirib.

Xəbərdə bildirilir ki, “Hafka” qalan 2,5 milyon avronu oktyabrın sonuna qədər ödəyəcəyini vəd edib. Əgər həmin vaxta qədər pul ödənilməsə, “Bank of Azerbaijan” H.Məmmədovun əvəzindən vəsaitin ödəniləcəyinə təminat verib.

Lakin belə məlum olur ki, “Hafka” əslində ona məxsus olan “Bank of Azerbaijan”ı dövlət bankı kimi təqdim edib və fransalıları aldatmağa çalışıb. Çünki “Hafka”nın biznesi müflis olduğundan “Bank of Azerbaijan”da da vəziyyət yaxşı deyil. Axı “Hafka” öz bankının adından öz-özünə maliyyə qarantiyasını necə verə bilərdi?

Fransa KİV-ləri yazır ki, DNCG-də bu məqamı şübhəli hesab edirlər və “Hafka”nın bank qarantiyasının ciddiyə alınacağı ehtimalı azdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar