"Hakimiyyəti tənqid edənə radioda yer yoxdur"

BBC News yazır ki, Misir radiosu populyar müğənni Hamza Namiranı tənqidi mahnılarına görə qadağan edib.

Hamza Hamira öz mahnılarında Misir hakimiyyətini tənqid edir. Radionun sədri Abdel rahman Rashad deyir ki, hakimiyyəti tənqid edənə radioda yer yoxdur.

İnsan haqları fəalları bildirirlər ki, Misirdə prezident Abdul Fattah al-Sisini nəinki tənqid etmək, hətta tərifləməmək olmaz. Onu tərifləməyən mahnılar oxuyanı susdururlar.

Hamza Namira 3 il bundan qabaq, inqilab dövründə populyarlaşıb. O, azadlıq və ümid haqda mahnılar oxuyur. BBC-nin Qahirədəki müxbiri Orla Guerin deyir ki, Namira 2011-ci ildə Misir inqilqabının səsi idi.

Namira son günlər siyasi problemi yaranan ikinci məşhur mədəniyyət xadimidir. Misirin ən tanınmış aktyorlarından biri olan Khaled Abol Naga prezidenti tənqid etdiyinə görə vətənə xəyanətdə ittiham olundu. /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar