“PUTİN “YIRTICI”YA QARŞI...” - “O, Priqojinin qarşısında psixoloji məğlubiyyətə uğrayıb”

Amerikanın Müharibə Araşdırma İnstitutu (ISW) məlumat verib ki, ”Vaqner”in qiyamından sonra Belarus Prezidenti Aleksandr Lukaşenkonun təklif etdiyi saziş üzrə danışıqlar davam edir.

Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” Özəl Hərbi Şirkətinin qiyamı artıq Rusiya ordusundakı komanda heyətinə və digər güc strukturlarına ciddi təsir etməkdədir. Şübhəsiz ki, qiyamdan ən çox ziyan çəkən məhz Vladimir Putinin özüdür. Rusiya Prezidenti milyonların gözü qarşısında psixoloji cəhətdən hansısa kriminal ünsürə açıq-aşkar uduzdu. Bu qiyam rəsmi təbliğatın illər ərzində Vladimir Putin haqqında uydurduğu əfsanələri bir gün içində alt-üst etdi və nəhayət, aydın oldu ki, o, təriflərlə göylərə qaldırılmış böyük strateq yox, qorxusundan döyüş möqeyini qoyub qaçan fəraridir.

“Azpolitika.info” xəbər verir ki, Ukraynanın “Apostrof.ua” internet portalı “Putin yırtıcıya qarşı: bunkerdə gizlənən qoca psixoloji məğlubiyyətə uğrayıb” başlıqlı məqaləsində sözügedən məsələyə toxunub. Həmin məqaləni təqdim edirik: ”Rusiya növbəti dəfə intriqalar, sui-qəsdlər və üsyanlarla dolu qarışıq dövrə doğru sürüklənir. ”Kreml aşbazı”nın qiyamı yaxın həftələrdə və aylarda Kremlin siyasi ab-havasını müəyyənləşdirəcək başlıca faktor olacaq.

Demək olar ki, tarix hər gün Vladimir Putini çox xoşagəlməz vəziyyətdə göstərən yeni detalları işıq üzünə çıxarır. Hətta əgər general Surovikinin saxlanılması ilə bağlı yayılan informasiya həqiqət olsa belə, ”Vaqner”in Moskvaya yürüşü nəticəsində Kremldəki hakimiyyət vertikalının bir sutka ərzində praktik baxımdan iflic olmasının səbəblərini Rusiya ictimaiyyətinə izah etməkdən ötrü hansısa qurbanlıq keçinin ortaya atılması cəhdi çox axmaqcasına görünür.


Həqiqətən də nəyin baş verdiyini dərk etmək üçün Yevgeni Priqojinin psixoloji cəhətdən Vladimir Putindən nə dərəcədə fərqli olduğunu anlamaq lazımdır. ”Apostrof.ua”-ya verdiyi şərhində siyasi psixoloq Svetlana Çunxina deyib ki, ”Vaqner” rəhbərinin şəxsiyyətində “qaranlıq triada” adlandırılan narsisizm, makiavelizm və psixopatiya xüsusiyyətləri önəmli yer tutur.

Özünün Ukraynadakı “uğurlarını” gözə soxan və Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinə nalayiq ifadələrlə hücuma keçməsini mediadan nümayiş etdirən Priqojində narsistlik təzahürlərini görürük.

Priqojin üçün anti-sosial təzahürlər xarakterik haldır. “Putinin aşbazı” heç nədən utanmadan “öz yem bazasını” genişləndirən sosial yırtıcının bariz nümunəsidir. O, hətta uşaq bağçasına vaxtı keçmiş ərzaqlar satan bir adamdır.


Hazırda Kreml “Vaqner” liderinin adının media məkanında hallanmasının qarşısını hər vəchlə almağa çalışsa da, psixoloji cəhətdən Putin hələ də Priqojinə uduzur. Yeri gəlmişkən, bu, Priqojinin Rostovdakı qalibiyyət yürüşünə açıq-aşkar qısqanclıqla yanaşan Putinin Dağıstandakı sakinlərlə görüşü zamanı nümayiş etdirdiyi davranışlarından da aydın sezilir.

Priqojindən fərqli olaraq Kreml rəhbəri daha “rasionaldır”və həmişə yalnız zəifləri vurur. Putin üçün istənilən adam şəxsiyyət yox, funksiyadır. Hələ üstəlik, əgər bu “funksiya” maliyyə və digər “yemləmələrdən” məhrum edilərsə, onda o, sadəcə “söndürüləcək”.

Ümumiyyətlə, narsistlik problemi olan şəxslər həmişə vəziyyətin nəzarətdən çıxmasından qorxurlar və yekunda onları uğursuzluq, ifşa və rüsvayçılıq gözləyir. Priqojinin qiyamı nəticəsində hamı gördü ki, Moskvadan qaçan “rus kralı” təkcə çılpaq deyil, həm də qorxaqdır.

Əgər Aleksandr Lukaşenkonun dediklərinə inansaq, Rusiyanı gün boyu yalnız iki nəfər idarə edirmiş-Belarus diktatoru və onun Moskvadan 200 kilometr uzaqda dayanmış “Vaqner” hərbi kolonlarına zərbə vurmamağı xahiş etdiyi FTX rəhbəri Aleksandr Bortnikov.

Priqojin qiyamının Putinsiz Rusiyada nüvə silahının quldurların əlinə keçəcəyini Qərbə göstərmək üçün təşkil edilməsi versiyası inandırıcı deyil. Moskvaya yürüş edən “Vaqner”in bir kolonu nəzəri baxımdam Voronej vilayətindəki “Borisoqlebsk-45” nüvə obyektini öz nəzarətinə keçirə bilər və bununla da Putinin Ukraynada “sifətinin qorunması” üçün Qərbə siqnal yollamaq olardı. Əks halda nüvə silahı əldə edən cinayətkarlar ordusu bütün dünyanı təhdid edə bilərdi.

Rusiya Federasiyasının bütün güc strukturlarının və eləcə də Putinin 100 faiz etibar etmədiyi Aleksandr Lukaşenkonun da iştirakı ilə belə bir quraşdırlımış tamaşa düzəldilməsi üçün Rusiya diktatorunun avantürası Priqojinin səviyyəsini üstələməliydi. Amma bu, belə deyil. Putin və Priqojin tamamilə fərqli iki sosial-psixoloji obrazlardır.

”Vaqner”in rəhbəri cəsarətli bir quldurdur, düşmənlə hər zaman üz-üzə gəlməyə hazırdır. Əbəs yerə o, gəncliyində soyğunçuluğa görə həbsə düşməyib. Yəni o, başqasının mülkiyyətini açıq-aşkar zorla əlindən alıb.


Putin isə əksinə, zahiri möhkəmliyə və təbliğat əsatirlərinə baxmayaraq, ən yaxşı halda DTK-nın “kabinet əməliyyatçısı” olub. O, elə necə vardısa, o cür də qalıb. Putinin “lotuyana” danışıq tərzi, jurnalistin rublun məzənnəsinə dair verdiyi suala cavab olaraq “nənənin cinsi oraqnı” barədə danışması özünü olduğundan daha cəsarətli və sərt göstərmək cəhdindən başqa bir şey deyil.

Priqojin xarakterinə və tərcümeyi-halına görə açıq-aşkar psixopat təzahürlü bir cinayətkardırsa, ondan fərqli olaraq Putin ssenariyə görə “Don Korleone”-ni oynamalı olan qabiliyyətsiz bir aktyor kimi görünür.

Priqojinin qiyamı göstərdi ki, Putin və onun ətrafı münaqişəni söndürməkdən ötrü mümkün olan hər şeyə getməyə hazırdırlar. Onlar “Yalnız müharibə olmasın!”(nüvə müharibəsi nəzərdə tutulur) kimi qorxaq arqumentin arxasında gizlənirlər. Bunker diktatorunun bu cür ictimai davranışı Kremlin axmaq, onun nüvə şantajının isə blef olması versiyasını bir daha təsdiqləyir”.

V. Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

B.Qarabağlı 2023-07-07 14:35:40

Həmin cinayətlər xəbərdarlıqlı, rəsmi əmrli və anidir. Yeni tarixin ən ağır məramlı-məkrli, uzun müddətli vəhşi-hərbi cinayəti Ermənistanın və DQMV sovetliyinin milyonlarla azərbaycanlı vətəndaşllarına qarşı üç dövlətin qanunlarına və BMT nizamına zidd kütləvi cinayətlərini görməməzliyə qoyan və bu gün də Ukraynada davam edən Kremlin Xarici siyasətidir! Putin də, Kadırov da. Vaqnerçilər onun qanmaz icraçılarıdırlar?

Son yazılar