"Özümüz də vaxtilə mühacir olmuşuq" - Obama

Obama speaks about the sequester in Washington“Barak Obama Konqreslə qarşıdurmanı seçdi”.

Bunu New York Times qəzeti yazır. 15 dəqiqəlik çıxışında Obama ölkənin immiqrasiya sistemini dəyişəcəyini elan edib.

O bildirdi ki, “biz qərib adamları incitməməlik, çünki özümüz də vaxtilə qərib olmuşuq”.

Obamanın yeni sərəncamı 5 milyon qanunsuz miqrantın ölkədən çıxarılmasının qarşısını alacaq. Bu miqrantlar qanunla işləyə biləcək, ancaq bu, onların vətəndaşlıq almasına aparmır.

Obamanın qərarından ən çox yararlanan–uşaqları ABŞ-da anadan olan və bununla da uşaqları avtomatik ABŞ vətəndaşı olan 4 milyon mühacirdir. Onlarözlərinin ABŞ-da yaşamasını qanuniləşdirə biləcək.

ABŞ-da “sənədləşdirilməyən”, başqa sözlə qeyri-leqal azı11 milyonmühacir var. Onların yarıdan çoxu ABŞ-da 10 ildən çox yaşayır. Onların 33 faizinin ABŞ-da öz evləri var.

NBC və Wall Street Journal qəzetinin sorğusuna görə, amerikalıların 57 faizi mühacirlərə sonda vətəndaşlıq verə biləcəkhər-hansı bir qərara tərəfdfardırlar.

Sorğuda iştirak edənlərin 74 faizi deyib ki, əgər qeyri-leqal mühacirlər əvvəlcə polis yoxlaması keçsələr və ABŞ-da yaşadıqları əvvəlki illərə görə vergi versələr, onlar hökumətin belə bir qərarını dəstəkləyərlər,

Yanvardan yeni heyətlə işə başlayacaq senatda və nümayəndələr platasında əksəriyyətdə olan respublikaçılar isə Obamanın qərarını böyük narazılıqla qarşılayıblar. Onlar prezidentin qərarını səlahiyyət həddini aşmaq, hakimiyyəti zəbt etmək adlandırırlar.Onların fikrincə, Obamanın verdiyi qərar əslində konqresin səlahiyyətində olan məsələdir.

Qərardan əvvəl Nümayəndələr palatasının sədri Boegner deyirdi ki, Obama “kibritlə oynamasın, özünü yandıracaq”.

Senatdakı çoxluğunun gələcək lideri McConnel deyib ki, Obamanın qərarı “öküz üçün qırmızı bayraqdır”.

Respublikaçıların bir qismi indiObamaya təzyiq kimi büdcənin təsdiqi məsələsinin seçilməsini təklif edir, digərləri prezidentin vəzifə təyinatlarını təsdiqləməməyə çağırır. /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar