"Rubla inamı bərpa etmək üçün azı 7-10 il lazımdır" - Aleksey Kudrin

Rusiyanın keçmiş Maliyyə naziri Aleksey Kudrinin fikrincə, Qərbin sanksiyaları rublun zəifləməsinə neftin ucuzlaşması qədər təsir göstərib, 2015-ci ildə isə eyni amillər ÜDM-nin azalmasına gətirib çıxara bilər.

"Ən azı yaxın 20 il ərzində rubl nəinki ehtiyat valyuta, heç regional ödəniş vasitəsinə də çevrilə bilməyəcək”, Aleksey Kudrin “Vedomosti” qəzetində dərc edilmiş məqaləsində yazıb.

"İndi biz keçid mərhələsindəyik, iqtisadiyyatda durğunluq yaranıb. Əhali istehlakı azaldır, "qara günü" üçün pul yığmaq barədə düşünür. Müəssisələr inkişaf proqramlarını ixtisar edir. İkinci ildir ki investisiyaların həcmi azalır”, Kudrin qeyd edib.

Keçmiş nazirin qənaətincə, yaranmış vəziyyətdə hakimiyyət və biznes strukturları "müasir və sınaqdan keçirilmiş açıq cəmiyyət institutuna söykənməlidirlər".

Eks-nazir düşünür ki, Rusiyaya qarşı iqtisadi sanksiyalar hələ xeyli müddət davam edəcək.

"Mənim proqnozuma görə, bu sanksiyalar illərlə çəkəcək. Konkret müddət isə hər iki tərəfin gələcək siyasi qərarlarından asılı olacaq", - Aleksey Kudrin qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar