Bakının məşhur motelində bitən sevgi: xəyanət, namus, faciə...

Binəqədi şossesində yerləşən “Vulkan” motelindəki hadisənin pərdəarxası sirləri məlum olub.

Bu gecə “Vulkan” motelindəki otaqlardan birində Kürdəmir rayon sakini, 35 yaşlı Afaq Şükürovanın asılmış meyiti tapılıb.

Meyiti hamam otağından qadının qohumu, əmisi oğlu Asif Ağamalıyev tapıb.

Qadının intihar etməsi, yaxud qətlə yetirilməsi ilə bağlı qaranlıq məqamlar da yaranmışdı. Binəqədi rayon Prokurorluğu Milli.Az-a A.Şükürovanın özünü motelin hamamında xalatının kəməri ilə asması ilə bağlı məlumat verərək hadisə barədə şayiələrə son qoydu.

Əsas hadisələr isə ölümə qədər baş verib. A.Şükürova bir neçə gün əvvəl ərini və iki uşağını ataraq əmisi oğlu Asifə qoşularaq Bakıya qaçıb. Elə o vaxtdan moteldə qalıblar.

Dünən isə özünü asıb. Qadının intiharının səbəbsiz olmadığı məlumdur, istintaq sirri olduğundan bu barədə açıqlama verilmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar