HELİKOPTERİN DÜŞDÜYÜ BÖLGƏDƏ GƏRGİNLİK

Ermənistan KİV-lərinin iddiasına görə, ötən gün Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində atışma intensivliyi xeyli artıb.

Xüsusən, Azərbaycan tərəfin helikopterin düşdüyü yerlərə qumbaraatanlardan və iriçaplı silahdan atəş açdığı bildirilir.

Həmçinin ermənilər Azərbaycan əsgərlərinin vurulmuş helikopterə yaxınlaşmasına yol verməmək üçün tədbirlər görüldüyünü bildirirlər.

Xatırladaq ki, helikopter noyabrın 12-də vurulub və Azərbaycan mövqelərindən 100 metr, Ermənistan mövqelərindən 400 metr məsafəyə düşüb.

Ermənilər həlak olmuş pilotların cəsədlərinin təhvil verilməsinə nail olmağa çalışır, Bakı isə bunu etməyə tələsmir.

Bu arada, müxalif “İrs” partiyasının lideri Raffi Ovanisyan Ermənistanın hərbi rəhbərliyini Mİ-24 helikopterinin Azərbaycan mövqelərinə doğru təhlükəli məsafəyə yaxınlaşmasında ittiham edib.

Noyabrın 21-də mətbuat konfransında o deyib ki, “helikopterin düşmən mövqelərindən 150 metr məsafədə döyüş təlimlərində iştirak etməsi üçün heç bir zərurət yox idi”.

“Hamıda bu sual yaranır və cavab tələb edir”.

Qarabağ separatçıları bu gün helikopter pilotlarının cəsədlərini bu ilin yayında əsir götürülmüş iki Kəlbəcər sakini ilə dəyişdirilməsindən imtina cavablarını təkrar ediblər. /contact.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar